...

BTA Azərbaycanın dövlət sərhədində baş verənlərlə bağlı bəyanat yayıb

Siyasət Materials 16 İyul 2020 10:54 (UTC +04:00)
BTA Azərbaycanın dövlət sərhədində baş verənlərlə bağlı bəyanat yayıb

Bakı. Trend:

Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıdırəli Azərbaycanın dövlət sərhədində baş verənlərlə bağlı bəyanat yayıb.

Trend-in məlumatına görə, BTA Ermənistan-Azərbaycan münaqişəsinin alovlanmasından, iki ölkənin dövlət sərhədində baş verən döyüşlərdən ciddi narahatlığını ifadə edir və konfliktin BMT Təhlükəsizlik Şurasının qətnamələri, hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədləri, ərazi bütövlüyü və suverenliyi çərçivəsində, sülh yolu həllinə ümid bəsləyir. Mülki şəxslərin qətlə yetirilməsi faktını kəskin pisləyir, şəhidlərə Allahdan rəhmət diləyir, yaxınlarına və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti