...

Xələf Xələfov: ABŞ polisi azərbaycanlılara qarşı vandalizm aktını ətraflı araşdıracaq

Siyasət Materials 23 İyul 2020 13:19 (UTC +04:00)

Bakı. Trend:

Son günlər cəbhədə baş verən erməni təxribatına qarşı xarici ölkələrdə keçirilən dinc yürüşlərə qarşı ermənilər tərəfindən vandalizm aktları həyata keçirilib. Ermənistan rejimi hərb meydanında məğlub olduqdan sonra müxtəlif xarici ölkələrdə dinc aksiya keçirən azərbaycanlılara qarşı vəhşiliklər törədiblər. Bir sıra ölkələrin paytaxt və böyük şəhərlərində belə hadisələr baş verib. Onların əsas məqsədi diqqəti əsas məsələdən yayındırmaqdır. Xaricdəki azərbaycanlılar dinc yolla aksiya keçirərək erməni vəhşiliyinə son qoyulmasını tələb edirlər.

Trend-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyində keçirilən brifinqdə Xarici İşlər nazirinin müavini Xələf Xələfov söyləyib.

X.Xələfov deyib ki, hadisələr baş verən ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri ilə mütəmadi əlaqə saxlayırıq. Onlar vəziyyətlə bağlı ətraflı məlumatlandırılırlar. ABŞ polisi bu ölkədə azərbaycanlılara qarşı vandalizm aktını ətraflı araşdıracaq və lazımi tədbir görəcək. Bunu ABŞ-ın Azərbaycandakı səfiri də deyib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti