...

“Beşinci kolon”un milli xəyanətkarlığı AzTV-nin “Hədəf”ində (FOTO)

Siyasət Materials 27 İyul 2020 18:16 (UTC +04:00)
“Beşinci kolon”un milli xəyanətkarlığı AzTV-nin “Hədəf”ində (FOTO)

Bakı. Trend:

Ermənilərin xaricdəki anti-milli şəbəkə vasitəsilə Azərbaycana qarşı kampaniyası və “beşinci kolon”un milli xəyanətkarlığı bu gün AzTV-nin “Hədəf” verilişinin müzakirə mövzusu olub.

Trend-in məlumatına görə, Milli Məclisin deputatı Razi Nurullayev, 1news.az saytının baş redaktoru Rəhman Hacı və Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov son günlər erməni hiyləsi və məkri sayəsində baş vermiş hadisələrin mahiyyətini təhlil ediblər. Müsahiblər bildirib ki, xalqımız hakimiyyətlə həmrəydir və milli satqınların Azərbaycanı 90-cı illərin əvvəllərinə qaytarmaq istəyi fiaskoya uğrayıb. Qaragüruhun xaricdəki havadarlarına arxalanmaq cəhdi və düşmən dəyirmanına su tökmək istəyi puça çıxıb və özlərini gülünc vəziyyətə salıblar.

Verilişin qonaqları bundan sonra da informasiya cəbhəsində ağıla və məntiqə söykənən mübarizə aparılmalı olduğunu və sosial şəbəkələrdə yayılan dezinformasiyalara əhəmiyyət verilməməsinin vacibliyini vurğulayıbar.

Verişin tam versiyasını AzTV-nin rəsmi “YouTube” kanalından https://www.youtube.com/watch?v=j26VHMXjIG4 izləyə bilərsiniz.

https://www.instagram.com/aztvresmi/?hl=ru

http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w

İnformasiya dəstəyi – Trend.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti