...

Prezident İlham Əliyev Qəbələdə quraşdırılan modul tipli xəstəxanada yaradılan şəraitlə tanış olub (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 30 İyul 2020 13:09 (UTC +04:00)
Prezident İlham Əliyev Qəbələdə quraşdırılan modul tipli xəstəxanada yaradılan şəraitlə tanış olub (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində Qəbələdə də modul tipli xəstəxana kompleksi quraşdırılıb.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qəbələyə səfəri çərçivəsində kompleksdə yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, digər analoji səhiyyə müəssisələri kimi, burada da orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi aparılacaq. Kompleks 3 korpus, 100 palata və 200 çarpayı yerindən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti