...

Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə görüşdü (FOTO/VİDEO)

Siyasət Materials 25 Sentyabr 2020 19:51 (UTC +04:00)
Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə görüşdü (FOTO/VİDEO)

Bakı. Trend:

Milli Məclisin deputatı Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə görüş keçirib.

Trend-in məlumatına görə, mütəmadi həyata keçirilən görüşdə millət vəkili seçicilərin və şəhər sakinlərinin problemlərini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.

İşlə təminat, mənzil məişət şəraitinin yaxşılaşdırılması, tibbi yardımın göstərilməsi və müxtəlif sosial məsələlərlə bağlı səsləndirilən müraciətlər millət vəkili tərəfində diqqətlə dinlənilərək qeydə alınıb.

Vətəndaşları narahat edən məsələləri dinləyən Naqif Həmzəyev qeyd olunan problemlərin həlli üçün əlindən gələni əsirgəməyəcəyinə və müraciət olunan məsələlərlə bağlı ən qısa müddətdə aidiyyatı təşkilatları məlumatlandıracağına söz verib.

Görüşdə həmçinin vətəndaşlara karonavirus pandemiyası ilə mübarizədə karantin qaydalarına əməl etmək tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti