Bakı. Trend:
PKK terrorçularının Dağlıq Qarabağda Ermənistanla birlikdə döyüşməsi ilə bağlı ciddi sübutlar var. Bu barədə artıq yerli və xarici mətbuatda kifayət qədər faktlar işıqlandırılıb.
Ermənistanın istifadə etdiyi terrorçular bir neçə qruplara mənsubdur. Dağlıq Qarabağda döyüşmək üçün Yaxın Şərqdən Ermənistana göndərilən PKK terrorçularına rəhbərliyi Nubar Ozanyan briqadası edir. Bu briqada PKK-nın Suriya qanadı YPG-nin rəhbərliyi altında yaradılıb. Məlumatlara görə, Nubar Ozanyan briqadasının üzvləri Azərbaycana qarşı döyüşmək üçün işğal altındakı Dağlıq Qarabağ ərazisinə gedib.
Ermənistan yalnız PKK deyil, digər terror qruplaşmalarının köməyindən də istifadə edir. PKK-nın Suriyadakı qanadı olan YPG, ASALA silahlı erməni qruplaşması, TİKKO kimi terror qruplaşmaları bu sırada dayananlardandır.
Bu terror qrupları arasında Nubar Ozanyan briqadasını xüsusi qeyd etmək lazımdır. PKK-nın Suriya qanadı YPG-yə aid olan bu terrorçu briqada ermənilər tərəfindən idarə olunur.
Bu biriqada 4 aprel 2019-cu ildə YPG terror qruplaşmalarının Rakkada İŞİD terrorçularına qarşı müharibəsi zamanı öldürülən Ozanyanın adına erməni kommunistləri tərəfindən yaradılıb. Qrupun özü marksist-leninçi ideologiyasını qəbul etsə də, Suriyanın şimalındakı Tell Qorandakı Marziya Kilsəsində görüş zamanı yaradılıb.
Briqadanın hazırkı lideri, digər terror təşkilatları ilə intensiv əlaqələrə sahib olduğu deyilən Nubar Melkonyan ölkələrdən xarici üzvlər qəbul etdiyini boynuna alır. “Ermənistandan tabora qoşulan insanlar var. Xüsusilə Hələb, İngiltərə, Fransa və Amerikadan qoşulmaq istəyənlərimiz də var” - deyə Melkonyan müsahibəsi zamanı bildirib. "Qoşunumuzu daha böyük bir briqadaya çevirmək istəyirik" - deyə o, qeyd edib.
Türkiyənin təhlükəsizlik mənbələrinin verdiyi xəbərlərə görə, yüzlərlə PKK / YPG terrorçusunun Azərbaycan qüvvələri ilə döyüşmək üçün işğal altındakı Qarabağ bölgəsinə göndərildiyinin digər nişanələri də mövcuddur. Türkiyənin Müdafiə naziri Hulusi Akar bu yaxınlarda Ermənistana hər hansı xarici muzdlu və terrorçudan Ermənistanda və işğal altındakı Qarabağ bölgəsində döyüşlərdə istifadə etmələrinə görə sərt bir xəbərdarlıq edib: “Ermənistan hücumlarını dərhal dayandırmalıdır. Xaricdən gətirilən muzdluları və terrorçuları geri qaytarmalı və işğal olunmuş əraziləri tərk etməlidirlər".
Ekspertlər PKK-nın uzun müddətdir bu ölkənin hərbi əməliyyatlarını dəstəkləmək üçün Ermənistana göndərildiklərini düşünürlər.
Heritage Foundation təşkilatının rəhbəri Lyuk Koffi PKK çıların Dağlıq Qarabğda gedən döyüşlərdə iştirakı barədə tvit paylaşıb. O bildirib ki, etibarlı mənbədən aldığı məlumata görə, 100-ə qədər PKK üzvü Dağlıq Qarabağda Azərbaycana qarşı Ermənistan tərəfdən döyüşür.
Bəs PKK və YPG terror qruplarının üzvləri Ermənistana niyə gedir?
İlk növbədə buna səbəb adlarını qeyd etdiyimiz terror qruplarının liderləri arasında ermənilərin olması ilə bağlıdır.
İkinci səbəb isə bu terror qrupları hərbi ehtiyaclarını Ermənistan dövləti vasitəsi ilə təmin etmək istəyir. Ermənistan dövləti də bu yardımı onlara göstərir.
Bu terror qruplarının ümumilikdə türk millətlərinə düşmənçilik bəsləmələri də bunda rol oynayan faklardandır.
Ermənistan üçün isə Azərbaycana qarşı bu terror qruplarından istifadə kifayət qədər əlverişlidir, çünki hazırda Ermənistan ordusunda ciddi çatışmazlıqlar var. Digər bir tərəfdən də bu terror qruplarının dağlıq şəraitdə daha yaxşı döyüşdüyü məlumdur, Ermənistan da Dağlıq Qarabğın coğrafi şəraitini nəzərə alaraq onlardan istifadə edir.
Ermənilərin bu terror qruplarından istifadəsini sübüt edən faktlar da sosial şəbəkələrdə yayılıb. Görüntülərdə Azərbaycan ordusu ilə döyüşlərdə məhv edilən iki terrorçu əks olunub.
Ermənistan terror qrupları ilə yanaşı digər ölkələrdə yaşayan erməni əsilli şəxsləri də orduya cəlb edir.
Qeyd edək ki, həmin şəxslər arasında da müxtəlif ölkələrdə terrorçuluq fəaliyyətinə görə məhkum olunmuş şəxslər var. Xüsusən də erməni əsilli Fransa vətəndaşları Azərbaycanın mülki əhalisinə və hərbçilərinə hücumlar edən muzdlular qismində Ermənistan silahlı qüvvələrinin sıralarında fəaliyyət göstərirlər. Bu barədə “Novaya qazeta”da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı reportaja ayrıca qeyd olunub.
Apardığımız araşdırmalar nəticəsində hazırda Ermənistan tərəfindən Azərbaycana qarşı vuruşan ASALA üzvünün kimliyi məlum olub. Bu Fransada ömürlük həbs cəzası alan ASALA terror qrupunun üzvü Jilbert Minasyandır.
O, 1984-cü ildə Ermənistanın ASALA terror təşkilatının əməliyyatlarında fəaliyyət göstərdiyinə görə təqsirləndirilərək Fransada ömürlük həbs cəzası alıb. 2 dəfə həbs olunmasına baxmayaraq müxtəlif yollarla həbsdən yayınan Jilbert Minasyan hazırda Ermənistan tərəfindən Azəraycana qarşı vuruşur.
Asif Mehman
Trend