Bakı. Trend:
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gələcək.
Trend-in məlumatına görə, bu barədə Türkiyə XİN məlumat yayıb. Səfər çərçivəsində nazir rəsmi şəxslərlə görüşəcək.
Görüş zamanı Dağlıq Qarabağdakı son vəziyyətlə bağlı fikir mübadiləsi aparılacaq, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.