...

Gəncənin raket atəşinə məruz qalması riyakarlığın zirvəsidir - Tirat-Karmel şəhərinin meri

Siyasət Materials 14 Oktyabr 2020 15:36 (UTC +04:00)
Gəncənin raket atəşinə məruz qalması riyakarlığın zirvəsidir - Tirat-Karmel şəhərinin meri

Bakı. Trend:

İsrailin Tirat-Karmel şəhərinin meri Arye Tal Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova dəstək məktubu ünvanlayıb.

Trend-in məlumatına görə, məktubda deyilir:

“Azərbaycan xalqı üçün bu ağır günlərdə mən Azərbaycanın 30 il əvvəl işğal olunmuş torpaqlarının azad edilməsi uğrunda ədalətli müharibəsini dəstəkləyirəm. Bütün bu illər ərzində ərazilərin 20 faizinin işğalı Azərabycan xalqına çoxlu kədər, əzab-əziyyət gətirib. Biz, İsrail xalqı Azərbaycanın xalqının kədərini başa düşürük. Hərbçilər və dinc sakinlər arasında itkilər böyük faciədir.

İsraillə Azərbaycanı uzun illərdir ki, dostluq və strateji tərəfdaşlıq münasibətləri birləşdirir, yüz minlərlə Azərbaycandan gəlmiş İsrail vətəndaşı isə xalqlarımız arasında mənəvi əlaqəni qoruyub saxlayır.

Biz eşitmişik ki, Gəncə humanitar atəşkəs dövründə raket atəşinə məruz qalıb. Bu, həyasızlığın və riyakarlığın zirvəsidir. Həlak olanların yaxınlarına başsağlığını ifadə edirəm, yaralılara tezliklə sağalmağı arzulayıram.

Azərbaycan ordusuna tez bir zamanda Qələbə arzu edirəm!”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti