...

Səfir: Beynəlxalq hüquq müharibədə mülki vətəndaşların ölümünə səbəb olmamağa çağırır (FOTO)

Siyasət Materials 19 Oktyabr 2020 17:07 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

İsveçrə konfliktin sülh yolu ilə həlli istiqamətində Minsk Qrupu həmsədrlərinin cəhdlərini dəstəkləyir.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə görüşündə İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri xanım Muriel Peneveyr deyib.

M.Peneveyre Gəncədə baş verən hadisələrlə bağlı məyusluğunu ifadə edib.

O, sentyabrın 28-də İsveçrə tərəfinin münaqişəyə öz mövqeyini bildirdiyini, hazırki vəziyyətlə bağlı həlak olan mülki əhaliyə görə narahatçılığını qeyd edərək, hər iki tərəfi gücdən istifadə etməməyə və beynəlxalq hüquqa riayət etməyə çağırıb.

Səfir bildirib ki, beynəlxalq hüquq beynəlxalq humanitar hüququ özündə ehtiva edir və müharibədə mülki vətəndaşların ölümünə səbəb olmamağa çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti