...

Azərbaycanın özünümüdafiə və əks-hücuma keçmək hüququ var - Politoloq

Siyasət Materials 23 Oktyabr 2020 12:20 (UTC +04:00)
Azərbaycanın özünümüdafiə və əks-hücuma keçmək hüququ var - Politoloq

Bakı. Elçin Mehdiyev - Trend:

Əgər Azərbaycana hücum olunursa, beynəlxalq qanunlara uyğun olaraq Azərbaycanın həm özünü müdafiə etmək, həm də əks-hücuma keçmək hüququ var.

Bunu Trend-ə politoloq Ceyhun Əhmədli deyib.

C.Əhmədli bildirib ki, Azərbaycan 1992-ci ildə BMT-yə işğal edilmiş ərazilərlə birlikdə daxil olub: “Yəni Dağlıq Qarabağ və ətraf 7 rayon Azərbaycanın əraziləri kimi BMT-də təsbit olunub.

BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən, hər bir dövlətin özünü müdafiə hüququ var və hər bir dövlət özünü müdafiəni ya fərdi, ya da kollektiv şəkildə həyata keçirə bilər. Azərbaycan bu gün fərdi şəkildə özünü müdafiə edir və torpaqlarını işğaldan azad edir. Bu, fərdi müdafiə hüququnun icra olunmasıdır.

BMT nizamnaməsi Azərbaycana belə bir hüququ verir və Azərbaycan öz suverenliyini bərpa etmək və ərazilərini işğaldan azad etmək üçün əks-hücum əməliyyatlarına başlayıb. Heç bir beynəlxalq təşkilat, heç bir dövlət Azərbaycanın bu haqq işinə qarşı çıxa bilməz. Çünki Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində bu əks-hücum əməliyyatlarını aparır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti