...

Bərdəyə kasetli bombadan hücum Azərbaycan xalqına qarşı növbəti soyqırımdır - Hikmət Hacıyev

Siyasət Materials 28 Oktyabr 2020 14:59 (UTC +04:00)
Bərdəyə kasetli bombadan hücum Azərbaycan xalqına qarşı növbəti soyqırımdır - Hikmət Hacıyev

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistan tərəfindən Bərdə şəhərinin kasetli bombalardan atəşə tutulması nəticəsində 14 nəfərin həlak olması və 40-dan çox insanın yaralanması Ermənistanın növbəti vandalizm və barbarlığının daha bir bariz nümunəsidir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Ermənistanın beynəlxalq qanunla qadağan edilmiş kasetli bombadan istifadə etməsi Azərbaycan xalqına qarşı növbəti soyqırımdır.

O qeyd edib ki, kasetli bombalardan istifadə etməkdə Ermənistanın məqsədi daha çox dinc əhalini qətlə yetirməkdir:

“Ermənistan dövlət səviyyəsində bilərəkdən bu terror əməlini həyata keçirir. Bu, birbaşa Paşinyan tərəfindən verilən cinayət əmridir. Biz Azərbaycan olaraq dinc əhalini atəşə tutmaqdan uzağıq. Biz döyüş meydanında ermənilərin cavabını veririk.

Ermənilər düşünməsinlər ki, biz bundan zəifləyirik, iradəmiz qırılır, əksinə biz daha da güclənirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti