...

Ali Baş Komandanın rəhbərliyi altında Ordumuz Azərbaycan tarixini yenidən yazır - Deputat

Siyasət Materials 8 Noyabr 2020 15:00 (UTC +04:00)
Ali Baş Komandanın rəhbərliyi altında Ordumuz Azərbaycan tarixini yenidən yazır - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

8 Noyabr 2020-ci il Azərbaycan tarixinin ən şanlı günlərindən biri kimi tarixə düşdü.

Bunu Trend-ə Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Deputat bildirib: "Əgər 8 may 1992 ci ildə Şuşanın itirilməsi ilə Azərbaycan xalqı olaraq dərin sarsıntı keçirmişdiksə, 8 noyabr 2020-ci ildə Qarabağın ürəyinin işğaldan azad edilməsi ilə qürur, sevinc, xoşbəxtlik hissləri yaşayırıq.

Biz Şuşaya qayıtdıq, biz işğal altında olan bütün torpalara qayıdırıq və qayıdacağıq. Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Azərbaycan ordusu Azərbaycan tarixini yenidən yazır. Bu qələbələr tarixidir, bu, işğal altında olan torpaqlarımızın azad olunduğu tarixdir, bu bütöv Azərbaycanın bərpa olunması tarixidir. Gözün aydın Azərbaycan, qədim şəhərin olan Şuşaya qovuşdun! Mən bir daha xalqımızı təbrik edirəm. Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Şuşa Azərbaycandır, Qarabağ Azərbaycandır!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti