...

Britaniya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılaşmanı alqışlayır - Xarici İşlər naziri

Siyasət Materials 11 Noyabr 2020 10:43 (UTC +04:00)
Britaniya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılaşmanı alqışlayır - Xarici İşlər naziri

Bakı. Trend:

Böyük Britaniya Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılaşmanı alqışlayır.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab özünün "Tvitter" hesabında yazıb.

Nazir bildirib ki, Azərbaycan və Ermənistan daha çox insan itkisinin qarşısını almaq üçün çətin qərarlar verib:

"Vətəndaşların rifahı naminə davamlı sülhə nail olmaq üçün tərəflər birlikdə çalışmalıdırlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti