...

Türkiyə bütün savaş müddətində Azərbaycana qarşı siyasi təzyiqlərə cavab verib - Səfir

Siyasət Materials 25 Noyabr 2020 14:43 (UTC +04:00)
Türkiyə bütün savaş müddətində Azərbaycana qarşı siyasi təzyiqlərə cavab verib - Səfir

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva – Trend:

Türkiyə bütün savaş müddətində Azərbaycana qarşı edilən siyasi təzyiqlərə cavab verib, çünki biz iki dövlət, bir millətik.

Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Onun sözlərinə görə, Azərbaycanla Türkiyənin münasibətləri qardaşlıq münasibətləridir, dünyanın heç bir millətləri arasında belə münasibət yoxdur:

“Azərbaycan da bizim vətənimizdir. Ürəyimiz eyni hisslərlə vurur. Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Bu gün kəlbəcərlilər yenidən doğma torpaqlarına qayıdır. Bu, Azərbaycanın böyük zəfərinin nəticəsidir. Türkiyə hər zaman Azərbaycanın yanında olub. Hazırda da Türkiyə bütün imkanları ilə Azərbaycanın yanındadır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti