...

Milli Məclisin payız sessiyası başa çatıb

Siyasət Materials 30 Dekabr 2020 13:31 (UTC +04:00)
Milli Məclisin payız sessiyası başa çatıb

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin payız sessiyası başa çatıb. Payız sessiyasında Milli Məclis 19 iclas keçirib 86 qanun və qərar qəbul edilib. Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

S.Qafarova bildirib ki, Milli Məclis qanunvericilik səlahiyyətlərini tam həyata keçirib, Azərbaycan Prezidentinin uzaqörən və düşünülmüş siyasətini parlament səviyyəsində dəstəkləmək üçün zəruri tədbirlər görüb.

S.Qafarova bildirib ki, Milli Məclis bu müddət ərzində beynəlxalq münasibətlərini möhkəmləndirib, xarici ölkələrdəki həmkarları ilə onlayn görüşlər keçirib.

S.Qafarova vurğulayıb ki, Vətən müharibəsində əldə edilmiş qələbə münasibətilə Milli Məclis ayrıca iclas keçirib, Azərbaycan Prezidentinə və xalqına müraciət edib: "Milli Məclis 2020-ci ili, payız sessiyasını uğurla başa çatdırır".

İclasın sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti