...

Sorosun oyuncağı Paşinyan Ermənistanı bataqlıqdan çıxara bilmir - İqtisadiyyat çökür, etirazlar isə bitmir

Siyasət Materials 19 Yanvar 2021 23:15 (UTC +04:00)
Sorosun oyuncağı Paşinyan Ermənistanı bataqlıqdan çıxara bilmir - İqtisadiyyat çökür, etirazlar isə bitmir

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənistanda Qarabağ məğlubiyyətindən doğan gərginlik davam edir. Soros Fondunun dəstəyilə hakimiyyətə gələn Ermənistan baş naziri Nikol Paşinyan ölkəni düşdüyü ağır vəziyyətdən çıxmağa çalışsa da, hakimiyyət və müxalifət arasındakı qarşıdurma buna imkan vermir. Ölkə iqtisadiyyatı isə sürətlə enən xətlə iflas edir.

Soros Fondu və faşizm Ermənistanda necə birləşdi?

Soros Fondu və faşizm Ermənistanda necə birləşdi?

Bu günlər yenə də yüzlərlə Ermənistan vətəndaşı Qarabağ müharibəsində məğlubiyyətə görə Paşinyanı günahlandırır, onun istefasını tələb edir, məğlubiyyəti qəbul edə bilmirlər.

Təbiki bunun başlıca səbəblərindən birincisi Ermənistan hakimiyyətinin müharibə dövründə xalqa hərbi əməliyyatlarla dediyi yalanlar oldu. Əhali reallığı ya Azərbaycan tərəfindən öyrənirdi, ya da heç öyərənə bilmirdi.

10 Noyabr bəyantı ilə Ermənistan kapitulasiya aktını imzaladığını bildirən Ermənistan müxalifəti bunu qəbul edə bilmir. Hətta müxalifət bunun üçün bəyanatın parlamentdə müzakirə olunmasına da çalışdılar. Məsələ səsə qoyulsa da, müxaliflər buna nail ola bilmədilər. Bəyanatın müzakirəsinin lehinə 40, əleyhinə isə 73 deputat səs verdi və faktiki olaraq Ermənistan parlamenti bəyanatı müzakirə etməkdən imtina etdi. Yəni bütün şərtləri qəbul etmiş və təsdiqlədiklərini növbəti dəfə bildirdilər.

Mövcud dəlillər Paşinyanın həbsi üçün kifayət edir - Ermənistanın baş prokuroru

Mövcud dəlillər Paşinyanın həbsi üçün kifayət edir - Ermənistanın baş prokuroru

Ermənistanın baş prokuroru Artur Davtyan isə yaxın ətrafı ilə söhbətində deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan barəsində səsləndirilən dövlətə xəyanət ittihamları cinayət işinin açılması üçün kifayət qədər əsas verir.

Bu gün Yerevanda Ermənistanın sabiq prezidenti Robert Koçaryanın məhkəmə prosesi bərpa olunub. Hakimiyyətin bu qərarı isə növbəti dəfə Koçaryan tərəfdarlarının etirazlarına səbəb olub. Eirazçılar məhkəmə qarşısına aksiya edərək hakimiyyət əleyhinə şüarlar səsləndirib.

Milli Məclisin deputatı Sevinc Hüseynova Trend-ə açıqlamasında bildirib ki, bu gün Ermənistanda yaranmış ağır böhran vəziyyəti bu ölkənin uzun illər Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin acı nəticəsidir.

Deputat vurğulayıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsi Ermənistanda dərin siyasi, sosial-iqtisadi böhrana, mənəvi-psixoloji sarsıntıya səbəb olub, cəmiyyətdə ciddi fikir ayrılığı var və hətta vətəndaş müharibəsi ehtimalı da olduqca yüksəkdir:

“Azərbaycanın 44 günlük müharibədəki möhtəşəm qələbəsinin Ermənistan üçün zərbəsi çox ağır olub. Ermənistanın kapitulyasiyası ilə ermənilərdə uzun illərdir yaranmış mifologiya, “qəhrmanlıq obrazı”, onların ideoloji maşını param-parça oldu, eyni zamanda yüzilliklərlə qurduqları diaspora fəaliyyəti də param parça oldu, Azərbaycan qarşısında heç nə edə bilmədi.”

S.Hüseynova bildirib ki, yaranmış bu vəziyyət Ermənistanın uzun illərdir apardığı işğalçılıq siyasətinin nəticəsidir: “Azərbaycan hər zaman bəyan edirdi ki, heç vaxt torpaqlarının işğal altında qalması ilə barışmayacaq və gec-tez istər sülh, istərsə də hərb yolu ilə öz torpaqlarını işaldan azad edəcək. Əgər Ermənistan zamanında bu çağırışlara əməl edib öz xoşu ilə torpaqlarımızdan çıxsa idi, bugünkü ağır durumla üzləşməzdi”.

Siyasi şərhçi Niyaməddin Orduxanlı isə bildirib ki, Artıq Ermənistan çox ağır durmdadır. Yoxsul və dilənçi kökündə yaşayan ermənilər artıq köç edirlər. Bilirsiniz, necə çökəcəklər? Heç bir iqtisadiyyatı olmayan və dövlət kimi xarici borcu on milyarddan çox olan Ermənistanın həddindən artıq ağır sosial vəziyyətlə üzləşəcəyi, vətəndaş müharibəsinin olacağı qaçılmazdır. Bu gün hakimiyyətə kimin gəlməsindən və ya Paşınyanın hakimiyyətdə qalmasından aslı olmayaraq, bu vəziyyətdən çıxmaları çox çətindir. Bunların yeganə yolu, məğlubiyyətləri ilə barışmaları və qonşu dövlətlərlə normal münasibətlərin qurulmasına cəhd etmələridir.

O qeyd edib ki, Türkiyə, Azərbaycan, İran, Rusiya ilə münasibətlərin normallaşaması üçün axmaq və səfeh iddialarından əl çəkməlidirlər. Əks halda, erməniləri çox ağır günlər gözləyir.

Ekspert Eldəniz Əmirov isə deyib ki, Ermənistan Azərbaycanla qonşuluq siyasətinə korrektə etməsə, siyasi iddiaları iqtisadi maraqlarla əvəzləməsə, bu ölkədə yaxın gələcəkdə bütövlükdə defoltun (borc öhdəlikləri üzrə ödənişlərin icra edilməsi mümkünsüzlüyü və yaxud bilərəkdən ödənişin dayandırılması) elan edilməsi qaçılmaz olacaq. Onun sözlərinə görə, Ermənistanın müharibəyə qədər olan dövr üçün iqtisadi durumu onsuz da acınacaqlı idi. Torpaqlarımızın azad edilməsi ilə yekunlaşan müharibə isə diz çökmüş Ermənistan iqtisadiyyatını və özünü məhv elədi. Çünki müharibə yalnız bu ölkənin iqtisadi tənəzzülünə səbəb olmadı, həm də de-yure siyasi müstəqilliyini zərbə altında qoydu:

"Ermənistan üçün 2020-ci ili xarakterizə edərkən, dəqiq təsəvvür yaratmaq üçün real mənzərəni belə canlandırardım. Ermənistan iflasının cücərtisi birinci tamahkar qonşuluq siyasəti ilə başladı. İkinci zərbəni bu ölkəyə korrupsiyalaşmış iqtisadi sistem endirdi.

Üçüncü zərbə pandemiyadan gəldi və bu, Ermənistan üçün nokdaun zərbəsi oldu. 27 sentybrda başlayan sonuncu raunda isə Azərbaycanın ona endirdiyi zərbə Ermənistanı nokauta saldı. Zərbə o qədər güclü oldu, o, rinqdə dayana bilməyıb, kanatın üstündə aşıb, ona “məşqçilik” edən dövlətlərin üstünə yığıldı. Bu bənzətmə bir az obrazlı alınsa da, amma tam olaraq Ermənistan nümunəsinə uyğundur".

Elçin Mehdiyev
Trend

Məqalədə:
Xəbər lenti

Xəbər lenti