...

Prezidentin xüsusi nümayəndəliklərində yeni vəzifələr yaradılıb - Fərman

Siyasət Materials 22 Fevral 2021 13:43 (UTC +04:00)
Prezidentin xüsusi nümayəndəliklərində yeni vəzifələr yaradılıb - Fərman

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Trend-in məlumatına görə, sənədə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.4-cü yarımbəndinə aşağıdakı məzmunda 4-2-ci abzas əlavə edilir:

“4-2. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi;”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti