Azərbaycan meydana çıxa biləcək hər hansı təhdidlərin qarşısını qətiyyətlə almağa qadirdir - Vüqar Rəhimzadə

Azərbaycan meydana çıxa biləcək hər hansı təhdidlərin qarşısını qətiyyətlə almağa qadirdir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Möhtərəm Prezidentimiz İlham Əliyevin Xocalı soyqırımının 29-cu ildönümü günündə yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı çox mühüm məqamlarla yadda qalan böyük bir siyasi hadisə oldu. Mətbuat konfransında işğalçı Ermənistana və dünyaya ünvanlanan mesajlar bugünümüz üçün son dərəcə vacib məsələlərin aydın mənzərəsini yaratdı.

Bu fikirləri Trend-ə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə dövlətimizin başçısının keçirdiyi mətbuat konfransı ilə bağlı bir neçə mühüm məqamlara diqqəti yönəldərək bildirib ki, 10 noyabr üçtərəfli Bəyanatının imzalanması dünyaya Azərbaycanın hərbi və siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təqdimatıdır: “Bəyanatın imzalanmasından ötən müddətdə razılaşmanın bütün müddəaları icra olunmaqdadır. Sülhməramlıların yerləşdirilməsi, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması, 9-cu bəndə uyğun olaraq tərəflər arasında iqtisadi əlaqələrin qurulması, yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində addımların atılması və sair mühüm məsələlər sırasındandır. Prezident İlham Əliyev mətbuat konfransında sülhməramlıların fəaliyyəti, onların mandatı, gördükləri və qarşıdakı beş ildə görəcəkləri işlərlə bağlı məqamları konkret fikirlərlə ifadə edərək hazırda sual doğuran məsələləri də cavablandırdı. Əcnəbi hərbçilərin regionda müşahidəçi olaraq qalması məsələsinə münasibət bildirən Prezident bildirdi ki, onların Azərbaycan ərazisində fəaliyyət göstərməsi müvəqqəti xarakter daşıyır.”

Baş redaktor 10 noyabr Bəyanatının tələblərinə uyğun olaraq bölgədə Rusiya sülhməramlılarının fəaliyyətinin beş il müddətinə nəzərdə tutulduğunu önə çəkərək dövlətimizin başçısının mətbuat konfransında diqqət yönəltdiyi və bugünümüz üçün narahatlıq doğuran suallara da aydınlıq gətirdiyini diqqətə çatdırıb: “Prezidentin mətbuat konfransında sülhməramlıların fəaliyyəti ilə bağlı narahatlıq doğuran məsələlərə münasibətindən məlum oldu ki, hazırda Laçın dəhlizində Azərbaycanın suverenliyinin bərpa olunması, bütün sərhədlərin demarkasiyası və demilitasiyası, qaçqın və məcburi köçkünlərin geri qaytarılması və sair kimi məsələlər ciddi müzakirə mövzusudur. Dövlətimizin başçısı, həmçinin hələ də bəzi beynəlxalq dairələr tərəfindən tez-tez gündəmə gətirilən Dağlıq Qarabağın statusu məsələsinə də münasibətini açıqladı. Bildirdi ki, statusun ünvanı göstərilib. Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik. Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir.”

V.Rəhimzadə diqqəti son zamanlar ATƏT-in Minsk qrupunun vasitəçiliyinin yenidən gündəmə gətirilməsinə göstərilən cəhdlərə yönəldib: “Moskvanın əvvəllər Türkiyə, Azərbaycan, Rusiya və Ermənistan formuluna üstünlük verdiyi halda artıq bu gün ATƏT-in mandatından istifadə məsələsini qabartması təəssüf doğurur. Ermənistan və ona dəstək verən dövlətlər ilk gündən Türkiyənin bu proseslərdə iştirakının əleyhinə olublar və bu gün də bu yanaşma özünü göstərməkdədir. Azərbaycan həmişə dost, qardaş Türkiyəni yanında görüb, daim onun sülhyaratma prosesində iştirakının vacibliyini bildirib. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması da deyilənlərin təsdiqidir. Azərbaycan tərəfi ümidvardır ki, Rusiya sülhməramlıları üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirəcək, bölgədə sülh, təhlükəsizlik təmin olunacaq, soydaşlarımızın işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı reallaşacaq. Bunun üçün işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi əsasdır. Lakin, Ermənistanın xəritələri verməməsi bu prosesi uzadır. Düşünürük ki, bəzi məqamlarda mandatından istifadənin vacibliyi önə çəkilən ATƏT-in Minsk qrupunun həmsədrləri bu xəritələrin verilməsinə cəhdlər göstərməli, ərazilərimizin tez bir zamanda minalardan təmizlənməsinə dəstək olmalıdırlar.”

Baş redaktor bu məqamı da xüsusi qeyd edib ki, Azərbaycan Prezidenti perspektivlərdən bəhs etdiyi halda, Ermənistan tərəfinin bunun əksinə yönələn pozucu, aqressiv yanaşması rəsmi Yerevanın mənfur niyyətini açıq şəkildə nümayiş etdirir: “Əgər Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi ordularının müasirləşdirilməsi yolu ilə revanşizm mövqeyindən çıxış edirsə, artıq bu, onun təsdiqidir ki, 44 günlük İkinci Qarabağ müharibəsinin dərslərindən nəticə çıxarmaq istəmir. Eyni zamanda, hazırda işğalçı dövlətin yaşadığı siyasi böhran göz önündədir. Azərbaycanın illərdir Ermənistanı işğalçılıq siyasəti ucbatından bütün qlobal enerji layihələrindən təcrid vəziyyətə salması düşmən ölkənin iqtisadi böhran içərisində çapalaması ilə müşayiət olunur. Ermənistanın revanşist cəhdləri bir daha bu dövlətin təcavüzdən, düşmənçilikdən, nifaqdan uzaq olmaq istəmədiyini təsdiqləyir. Dünya bu kimi cəhdləri görüb susursa artıq geniş şərhə ehtiyac duymuruq. Ermənistan yenidən bu yolu tutarsa, ən acınacaqlı vəziyyəti yaşayacaq.”
Vüqar Rəhimzadə Ermənistanın hansı addımları atmasına və ona havadarlıq edən dövlətlərin dəstəyinə baxmayaraq, Azərbaycanın hər zaman beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü təmin etməyə hazır, meydana çıxa biləcək hər hansı təhdidlərin qarşısını qətiyyətlə almağa qadir olduğunu bildirib.

“Sonuncu” filmi Rotterdam Beynəlxalq Film Festivalında (FOTO)
“Sonuncu” filmi Rotterdam Beynəlxalq Film Festivalında (FOTO)
Tarix Muzeyinə baş direktor seçilib
Tarix Muzeyinə baş direktor seçilib
Xalq artisti Eldar Quliyev vəfat edib
Xalq artisti Eldar Quliyev vəfat edib
Loading Bars
Xəbər lenti
Gürcüstanda 4,5 bal gücündə zəlzələ baş verib
İspaniya Kuboku: "Atletik" klubu bir ay ərzində ikinci dəfə finalda məğlub olub
Hindistanda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın olub
Türkiyədə son sutkada koronavirusdan 52 184 nəfər sağalıb
İngiltərə Kuboku: "Çelsi" "Mançester Siti"ni məğlub edərək finalına çıxıb
“Yaşıl Marafon” layihəsi çərçivəsində Bakıda ağacəkmə aksiyası keçirilib (FOTO)
Türkiyə sahillərində zəlzələ qeydə alınıb
Özbəkistan ilin sonuna qədər COVID-19-a qarşı öz peyvəndinin istehsalına başlaya bilər
"Bavariya"nın baş məşqçisi mövsümün sonunda komandadan ayrılmaq istədiyini açıqlayıb
Myanmada toqquşmalarda ölənlərin sayı 730-a çatıb
Böyük Britaniyada şahzadə Filipin dəfn mərasimi keçirilib
Sabirabadda ikimərtəbəli ev yanıb
"Twitter"in işində nasazlıq yaranıb
Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı
2 gənc buza dırmanacaq, çayı keçəcək, dağda yatacaq... – AzTV-də maraqlı veriliş başlayır (VİDEO)
Gədəbəydə ikimərtəbəli evdə yanğın olub
Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 148 nəfər COVID-19-a yoluxub, 30 nəfər vəfat edib
Baş Prokurorluq və DİN birgə məlumat yayıb
Şirkət rəhbəri külli miqdarda dələduzluğa görə həbs edildi
Azərbaycanda bu sahələrdə daha yüksək maaş verilir
Ermənistan yanlış siyasətinə, terrorçu və təxribatçı əməllərinə görə cavab verir - Deputat
Azərbaycanda qaz hasilatı artıb
"VICE News"un Ermənistanın Bərdəyə raket zərbəsi barədə reportajı beynəlxaq mükafata namizəd irəli sürülüb
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Bakıda quldurluq: Pizza şirkətinin əməkdaşını hədələyib 500 manatını aldılar (VİDEO)
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak edib (FOTO)
Azərbaycan qazı Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir
2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə bağlı viza prosedurları sadələşdirilir - SƏRƏNCAM
İranda ötən sutka 21 min nəfər koronavirusa yoluxub, 319 nəfər ölüb
Ağdamda müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin inşasına start verilib (FOTO/VİDEO)
Mingəçevirdə “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib (FOTO)
Cəbrayıl rayonunun Daş Veysəlli kəndi (VİDEO)
Xətaidə kafeyə gedən, orada insanlarla görüşən koronavirus xəstəsi saxlanılıb (VİDEO)
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Fərman imzalanıb
İşğalçılar Alban məbədlərini saxtalaşdırıblar, dağıdıblar - Alban-udi dini icmasının sədr müavini (VİDEO)
Azərbaycan parlament nümayəndə heyəti Sankt-Peterburqda Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTO)
Ermənilər Qarabağın hər bir kvadratmetrini saxtalaşdırmaq istəyib - Alban-Udi icmasının rəhbəri (VİDEO)
Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb (FOTO)
İran Azərbaycana ticarət attaşesi göndərir
Qubada Türkiyə-Azərbaycan Qardaşlıq Parkı tikilir (FOTO)
Azərbaycan nefti bahalaşıb
Toyvo Klaar separatçı ilə görüş qərarı verərkən beynəlxalq hüququn prinsiplərini əsas götürməli idi - Ukraynalı ekspert
Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlandı (FOTO/VİDEO)
BMT Qarabağın minalardan təmizlənməsi ilə bağlı Rusiyanın təklifini cavablandırmayıb - Şoyqu
Alban-Udi xristian dini icmasının üzvləri Tuğdakı qədim alban məbədində – Trend TV-nin REPORTAJI
Rusiyada bir gündə 398 nəfər koronavirusdan ölüb
Bu il 700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib
Bakıda yeni avtobus xətti istifadəyə verilir (FOTO)
Minsk qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyası başlamamış başa çatdı - Əli Hüseynli
Qəbulda qohumbazlıq, korrupsiya tüğyan edirdi - Məleykə Abbaszadə
Sabah hava küləkli olacaq
YAP İdarə Heyətinin üzvü partiyanın fəal gəncləri ilə görüşüb (FOTO)
Bakıda 28 yaşlı gənci qatar vurub öldürməsi ilə bağlı cinayət işi açılıb
Çində kimya zavodu partlayıb
Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub
Qaradağda top mərmisi tapılıb (FOTO)
Karantini pozan repetitor saxlanılıb
Son üç ayda 17 uşaq övladlığa verilib
Masallıda yas mərasimi dayandırılıb, 7 nəfər cərimələnib (FOTO)
Milli Məclisin sədri beynəlxalq təşkilatları Ermənistana təsir göstərməyə çağırıb (VİDEO)
30 il susan Minsk qrupu ermənilərin məğlubiyyətini görəndə Azərbaycana təzyiqə başladı - Komitə sədri
Xırdalanda 6 şəhidin xatirəsinə bulaq kompleksi tikilib (FOTO)
Ötən gün 21 yanğın olub, 2 nəfər xilas edilib (VİDEO)
Alban-Udi dini icmasının üzvləri Tuğ kəndinə səfər ediblər (FOTO)
Qubadlıda ermənilərin qoyub qaçdığı döyüş sursatları aşkar edilib (VİDEO)
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 25 faiz azaldıb
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb
Evdən antik samovar oğurlayan keçmiş məhkum saxlanılıb (FOTO)
Yeddi koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
İsraildə aktiv koronavirus xəstələrinin sayı 2 680 nəfərə düşüb
"AstraZeneca" kifayət qədər yüksək effektə malikdir - Bəzi şirkətlər böyük bir təbliğat oyunu aparır - AÇIQLAMA
Qazaxıstanda son sutkada koronavirusa 2 822 nəfər yoluxub
Azərbaycanda 3,6 bal gücündə zəlzələ olub
İranın uranı 60%-ə qədər zənginləşdirmək qərarı danışıqlara kömək etmir - Bayden
Kolumbiyada koronavirusun "Britaniya" ştammı aşkarlanıb
ÜST koronavirusun yayılmasının pik nöqtəyə çatacağı vaxtı proqnozlaşdırırdı
Britaniyada koronavirusa daha 2 596 nəfər yoluxub
Yaponiya Yay Olimpiya oyunlarından imtina etmək niyyətində deyil - Baş nazir
Peyvəndlərə bərabərhüquqlu əlçatanlıq təmin edilməyib - ÜST-nin rəhbəri
Bayden ABŞ-ın qaçqın qəbulu üzrə limitini olduğu kimi saxlayıb
Raul Kastro vəzifəsindən istefa verib
İtaliya mətbuatı: “Prezident İlham Əliyev: İtaliya yaxın dost və tərəfdaşdır”
"Qarabağ" Şahruddin Məhəmmədəliyevin vəziyyəti ilə bağlı son durumu açıqladı
Türkiyədə son sutkada koronavirusdan 56 510 nəfər sağalıb
Rusiya bir sıra ABŞ rəsmisinin ölkəyə girişinə qadağa qoyub
Dünyada ötən sutka koronavirusa 800 mindən çox yoluxma qeydə alınıb - ÜST
Azərbaycan reallıqlarını parlamentarilər səviyyəsində dünyaya çatdırmaq önəmli məsələdir - Arzu Nağıyev (VİDEO)
Gənc batutçularımızdan bu dəfə 1 dəst medal
BMT TŞ Liviyada monitorinq qrupunun yaradılması ilə bağlı qərar qəbul edib
Milli Məclisin Sədri Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib (FOTO)
Qazaxıstanda Su-30SM qırıcısı qəzaya uğrayıb
Gürcüstanda koronavirusa daha 1077 nəfər yoluxub, 8 nəfər ölüb
Azad olunmuş ərazilərdə yaşıllığı bərpa etmək üçün bu ilin əkin planı 2 dəfə artırılıb
Suqovuşanın elektrik enerjisi ilə təchizatı yekunlaşmaq üzrədir
Azad edilmiş kənd ərazilərində vahid şəhərsalma əsaslandırılmasında layihə tapşırığını bu qurum hazırlayacaq - QƏRAR
Azərbaycan təkcə işğalçı orduya deyil, ermənilərin dünyadakı havadarlarına da qalib gəlib - Əli Hüseynli (Videolayihə)
Aİ-nin Azərbaycandakı nümayəndəsi XİN-ə çağırıldı, etiraz bildirildi
10 noyabr bəyanatı regionda sülhün təmin olunmasında mühüm əhəmiyyətə malikdir - Matviyenko
Bütün xəbərlər