Bakı. Trend:
Hazırda Azərbaycan-Ermənistan dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında Azərbaycanın dövləti maraqlarının ən yüksək səviyyədə qorunur.
DSX-dən Trend-ə verilən məlumata görə, bunu Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Rəşad Sadiqov deyib.
R.Sadiqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməyin hər bir Azərbaycan sərhədçisi üçün böyük şərəf və qürur mənbəyi olmasını xüsusi qeyd edib.