...

Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə işin tezliklə başlamasını dəstəkləyir - Zaxarova

Siyasət Materials 17 İyun 2021 18:37 (UTC +04:00)
Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə işin tezliklə başlamasını dəstəkləyir - Zaxarova

Bakı. Trend:

Rusiya son həftələrdə Ermənistanla Azərbaycanın sərhədində gərginliyin azaldığnı müşahidə edir.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, Rusiya gərginliyin azaldılmasına yönəlmiş fəal vasitəçilik səylərini göstərməyi davam etdirir: "Bakı ilə Yerevam arasında xarici işlər, müdafiə nazirlikləri, sərhəd xidmətləri xətti ilə sıx koordinasiya qurulub. Dayanıqlı və uzunmüddətli həll yolu qismində biz iki ölkə arasında sərhədin delimitasiyası üzrə işin başlamasını görürük. Biz bu prosesə ən fəal kömək göstərməyə hazır olduğumuzu təsdiq edirik".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti