...

Azərbaycanla Qazaxıstan arasında əhatəli tərəfdaşlıq münasibətləri qurulub - Muxtar Tleuberdi

Siyasət Materials 21 İyun 2021 13:42 (UTC +04:00)
Azərbaycanla Qazaxıstan arasında əhatəli tərəfdaşlıq münasibətləri qurulub - Muxtar Tleuberdi

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan və Qazaxıstan arasında dostluq və qardaşlıq əlaqələrinin əsası ulu öndər Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev tərəfindən qoyulub.

Trend-in məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan Baş nazirinin müavini - xarici işlər naziri Muxtar Tleuberdi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla mətbuat konfransında deyib.

O qeyd edib ki, Qazaxıstan buğda ixracının Azərbaycana davam etməsinə hazırdır: “İki ölkə arasında əhatəli tərəfdaşlıq münasibətləri qurulub. Məqsədimiz bundan sonra da bu münasibətləri daha da dolğun etməkdir”.

M.Tleuberdi qeyd edib ki, Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, MDB, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti