...

Könül Nurullayeva AŞPA-nın Yay Sessiyası üzrə keçirilən videokonfransda iştirak edib

Siyasət Materials 23 İyun 2021 10:52 (UTC +04:00)
Könül Nurullayeva AŞPA-nın Yay Sessiyası üzrə keçirilən videokonfransda iştirak edib

Bakı. Trend:

22 iyun 2021-ci il tarixində Millət vəkili Könül Nurullayeva AŞPA-nın Yay Sessiyası üzrə keçirilən videokonfransında iştirak edib.

Trend-in məlumatına görə, konfransda "COVID-19 pandemiyasının səbəb olduğu sosial-iqtisadi böhranın aradan qaldırılması" mövzusu ətrafında çıxış edən deputat pandemiyanın qlobal iqtisadiyyata, eləcə də sosial və iqtisadi cəhətdən dünya ölkələrinə ayrılıqda vurduğu ziyandan söz açıb. K.Nurullayeva çıxışı zamanı xüsusilə Azərbaycanın bu sosial-iqtisadi böhranla mübarizəsi çərçivəsində müsbət təcrübəsindən bəhs edib.

Milli Məclis deputatı çıxışında həmkarlarını Azərbaycan dövlətinin şanlı vətən müharibəsində iştirak etmiş qazilər, şəhidlərin ailə üzvləri, xüsusilə də ailə başçısını itirmiş şəhid ailələri üçün nəzərdə tutduğu sosial dəstək və təminat barədə məlumatlandırıb.

Millət vəkili həmçinin Azərbaycanda iqtisadiyyatın dirçəlməsi istiqamətində görülən işlərdən, işsizlik səviyyəsinin minimuma endirilməsi və yeni iş imkanlarının yaradılması üçün dövlət büdcəsindən kiçik sahibkarlar və yeni yaradılmış müəssisələrə, eləcə də pandemiya səbəbilə ən çox zərər çəkmiş sektorlarda fəaliyyət göstərən işçi heyətinə ayırılan maddi yardım planından söz açıb.

Sonda isə K.Nurullayeva pandemiyanın meydana gətirdiyi qlobal sosial-iqtisadi böhranı dəf etmək üçün dünya ölkələri və beynəlxalq qurumları səyləri birləşdirərək, özünü müdafiə etmək imkanına sahib olmayan bir sıra ölkə və həssas qruplara dayaq olmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti