Qələbəmiz Silahlı Qüvvələr Gününü daha da şərəfləndirdi - Səttar Möhbalıyev

Qələbəmiz Silahlı Qüvvələr Gününü daha da şərəfləndirdi - Səttar Möhbalıyev

Bakı. Trend:

Bu il əvvəlki illərlə müqayisədə 26 iyun – Silahlı Qüvvələr Gününü fərqli bir əhval-ruhiyyədə qeyd edirik. Ötən il Silahlı Qüvvələrimiz 30 il düşmən tapdağında olan torpaqlarımızı böyük rəşadətlə azad etdi və üzərinə düşən vəzifəni uğurla başa çatdırdı. Beləliklə, Ordumuzun bu qələbəsi Silahlı Qüvvələr Gününü daha da əzəmətli etdi və şərəfləndirdi. Dövlətin əsas atributu kimi, Silahlı Qüvvələrimizin cəmiyyətdə rolu və nüfuzu daha da artdı.

Trend-in məlumatına görə, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatıSəttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, yarandığı vaxtdan – 1918-ci ilin 26 iyun tarixindən bu günə kimi Azərbaycan Ordusu müdafiə missiyası yerinə yetirib: “Heç vaxt təcavüzkar addım atmayıb. 1918-ci il mayın 28-də qəbul olunan “İstiqlal bəyannaməsi”ndə də göstərilirdi ki, xarici müdaxilələrdən qorunmaq, daxili düşmən qüvvələrini zərərsizləşdirmək məqsədilə silahlı qüvvələr yaradılır. Həmçinin 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında da təhlükəsizliyi və müdafiəni təmin etmək məqsədilə Silahlı Qüvvələrin yaradılması öz əksini tapıb. Keçdiyi tarixi yola nəzər salanda da görünür ki, Azərbaycan Ordusu işğala, xarici qüvvələrin müdaxiləsinə qarşı mübarizə aparıb, suverenliyin qorunmasına xidmət edib. 1918-ci ildə Milli Ordunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etməsi, 1-ci və 2-ci Qarabağ müharibələri bunun bariz nümunəsidir”.

“Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun bu səviyyə çatması heç də asan olmayıb, çətin, ağır, mürəkkəb yollardan keçib. Bu yerdə 1971-ci ilin iyun ayında Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılmasını xatırlamaq yerinə düşər. O dövrdə hərbi təyinatlı məktəbin yaradılması o qədər də rahat deyildi. Bu təşəbbüs rəsmi Moskvanın ciddi narazılığına, müxtəlif irad və maneələrinə səbəb oldu. Lakin bütün bu təzyiqlərə baxmayaraq, Azərbaycanın həmişə gələcəyini düşünən, bu yolda heç kimdən və heç nədən çəkinməyən cənab Heydər Əliyevin qətiyyəti, əzmkarlığı sayəsində məktəbin yaradılmasına nail olundu. Bununla da hərbçi peşəsinin nüfuzu artmağa başladı, peşəkar hərbçilərin sayı çoxaldı, məktəbi bitirən neçə-neçə gənc Bakının ali hərbi məktəbləri ilə yanaşı, SSRİ-nin ali hərbi təhsil ocaqlarında hərbçi peşəsinə sahib oldular. Müstəqillik əldə etdikdən sonra da biz bu məktəbin yaradılmasının nə qədər əhəmiyyətli olduğunu dərk etdik. Ordu quruculuğu sahəsində məhz həmin məktəbin məzunları mühüm rol oynayıblar”, - Konfederasiya sədri bildirib.

S.Möhbalıyev qeyd edib ki, müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin yaradılması, möhkəmləndirilməsi, inkişafı da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “1993-cü ildə xalqın tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan Heydər Əliyevin dövlət quruculuğu yolunda atdığı ilk addımlardan biri Azərbaycan Ordusunun yaradılması oldu. O vaxta qədər isə ordu quruculuğu istiqamətində heç bir uğurlu addım atılmamışdır. Ermənistan dövlətinin davam edən hərbi təcavüzünün qarşısını almaq üçün heç bir tədbir görülmürdü. Səriştəsiz, qeyri-peşəkar rəhbərlərin laqeyd münasibəti nəticəsində konkret şəxslərin məhdud siyasi maraqlarına xidmət edən, xarici qüvvələrin əlində oyuncaq olan silahlı dəstələr var idi ki, onların da fəaliyyəti ölkənin parçalanmasına gətirib çıxarırdı. Lakin ulu öndərin dövlətçilik təcrübəsi, sərkərdəlik məharəti, xalq içərisində olan inamı və hörməti ordunun yenidən qurulmasına kömək etdi. Yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən siyasi birləşmələr ləğv edildi, yeni səfərbərlik elan edildi, hərbi hissələr təsis edildi, vahid komandanlığa tabe olan nizami Ordu yaradıldı. Ulu öndər cəbhə xəttinə gedərək səngərdə əsgərlərlə görüşdü, onlara hədiyyələr payladı, düşmənə qarşı döyüşə ruhlandırdı. Məhz bunun nəticəsi olaraq Azərbaycan tarixinin şanlı səhifəsi olan uğurlu Horadiz əməliyyatı keçirildi. Beləliklə, qələbələrimizin əsası qoyuldu, Ordumuzda mənəvi-psixoloji durum yüksəldi, düşmən üzərində zəfər qazanmağa inam artdı. Əvvəlki müsahibələrimdə də qeyd etdiyim kimi, məhz Horadiz əməliyyatı Qarabağ münaqişəsində əsaslı dönüş oldu”.

Deputat Azərbaycan Ordusunun uğurları sırasında cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin aprelində Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və 2018-ci ildə Naxçıvanda həyata keçirilən əməliyyatların xüsusi əhəmiyyəti olduğunu vurğulayıb: “Əməliyyatlar nəticəsində işğal altında olan torpaqlarımızın bir hissəsi və strateji əhəmiyyətli yüksəkliklər azad olundu. Bu, Azərbaycan Ordusunun gücünü göstərməklə bərabər həm də heç vaxt işğalla barışmayacağımızın bəyanı idi”

“Silahlı Qüvvələrimiz qarşısında ən böyük sınaq isə 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsi oldu. Azərbaycan Ordusu qorxmadan, çəkinmədən böyük şücaət göstərərək, çətin iqlim və ağır relyefdə hər qarış torpağımız uğrunda mübarizə apardı. İstər meşə, istər dağ, istərsə də şəhər döyüşlərində Ordumuz misilsiz qəhrəmanlıq göstərdi və bütün növ döyüş qabiliyyətinə hazır olduğunu nümayiş etdirdi. Silahlı Qüvvələrimizin həyata keçirdiyi hərbi əməliyyatların strategiyası və taktikası tanınmış ekspertlər tərəfindən araşdırılır, dünyanın aparıcı hərbi məktəblərində təhlil və tədris olunur. Bütün bunlar Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla Azərbaycan əsgərinin uğurudur. Müharibə nəticəsində işğal altında olan torpaqlarımız tamamilə azad olundu, Ermənistan ordusu sıradan çıxarıldı, təcavüzkarın işğalçılıq arzuları və faşist düşüncəsi məhv edildi. Bundan başqa, bölgənin və regionun siyasi mənzərəsi dəyişdi, siyasi-iqtisadi reallıqlar yarandı, yeni infrastruktur layihələrinin yaradılması zərurəti ortaya çıxdı. Qeyd etdiklərimizdən görünür ki, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün region üçün xilaskarlıq missiyasını icra edib və bölgənin yeni inkişaf strategiyasının əsasını qoyub. Azərbaycan müharibə başa çatandan dərhal sonra işğaldan azad olunmuş ərazilərdə abadlıq və quruculuq işlərinə başlayıb. Yeni avtomobil yolları çəkilir, hava limanları tikilir, müasir kənd və qəsəbələr salınır. Zəngəzur dəhlizinin açılması Naxçıvanla respublikamızın əsas ərazisini birləşdirəcək, həmçinin oradan keçəcək nəqliyyat xətləri bölgə ilə yanaşı, regionun da inkişafına böyük töhfə verəcək. Beləliklə, Azərbaycanın apardığı bərpa-quruculuq işləri, həyata keçirdiyi iri layihələr bölgənin inkişafına gətirib çıxaracaq, oraya qayıdacaq sakinlərin rahat və xoşbəxt yaşaması üçün əlverişli olacaq”, - AHİK sədri fikrini tamamlayıb.

Mikayıl Cabbarov ABŞ qubernatoru ilə görüşüb (FOTO)
Mikayıl Cabbarov ABŞ qubernatoru ilə görüşüb (FOTO)
"ADY Express" BTQ ilə rekord həcmdə yük daşıyıb
"ADY Express" BTQ ilə rekord həcmdə yük daşıyıb
Azərbaycan ərzaq təhlükəsizliyini strateji prioritet kimi nəzərdən keçirir  - FAO
Azərbaycan ərzaq təhlükəsizliyini strateji prioritet kimi nəzərdən keçirir - FAO
Loading Bars
Xəbər lenti
Məhkumluq həyatı bitmiş şəxslər cəmiyyətə necə inteqrasiya olunmalıdır? - AÇIQLAMA
Moskvada Fərman Salmanovun 90 illiyi münasibətilə elmi-praktik konfrans keçirilib (FOTO)
2010-2020-ci illərdə Azərbaycan iqtisadiyyatı böyük inkişaf yolu keçib - Deputat
Dövlət büdcəsinin gəlirləri artır
Azərbaycanda probasiya qeydiyyatına götürülən şəxslərin sayı açıqlanıb
Bakıda güclü külək bir sıra fəsadlara yol açıb - FHN (VİDEO)
Bu il ölkəyə gələn əcnəbilərin sayı ötən illə müqayisədə azalıb
Mingəçevir Dövlət Universitetində “Yay Təcrübə Proqramı”na start verilir (FOTO)
Siyəzəndə yük maşını yanıb
Azərbaycan və İsrail arasında dostluq əlaqələrimizin inkişafı üçün möhkəm zəmin yaradır - Nazir (FOTO)
“YAŞAT” düşərgəsinin ikinci həftəsi davam edir (FOTO)
Ceyhun Bayramov YUNİSEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ilə görüşüb (FOTO)
Unibank müştəriləri üçün yeni bir xidmət təqdim edir
Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatıb - FAKTİKİ HAVA
Putin Təhlükəsizlik Şurasının iclasında Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib
Bu il 257 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib
Daha bir qrup qazi yüksək texnologiyalı protezlərlə təmin olunub (FOTO)
ABŞ-ın Stirlinq Fondunun baş icraçı direktoru QMİ-də olub
İşğaldan azad olunmuş rayonlarda fəaliyyət göstərəcək süni mayalanma mütəxəssislərinə avadanlıq təqdim edilib
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Mustafa Şentopun ortaq türk ordusu ilə bağlı suala cavabı təhrif olunub, yayılan iddialar həqiqətə uyğun deyil (VİDEO)
Azərbaycanda koronavirusa yoluxanların sayı 700-ü keçdi
Təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə verilən şəxslər müəyyənləşib
İçməli sudan qanunsuz istifadə halları aşkarlanıb (FOTO)
ƏƏSMN-də Moldova nümayəndə heyəti ilə görüş olub (FOTO)
Bu gün keçirilən I və IV qrup imtahanlarının test tapşırıqlarının düzgün cavabları AÇIQLANDI
Ölkədə qanuni əsaslarla olan və yaşayan əcnəbilərin sayı açıqlanıb
İyulun 29-na USD/AZN rəsmi məzənnəsi
“AZAL” IATA Travel Pass tətbiqini ən çox tələbat olan istiqamətlərdə sınaqdan keçirməyə başlayır (VİDEO)
"Yeni Klinika"nın işçiləri məhkəmə zalında həbs edilib
Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
Azərbaycan karateçiləri Tokioya Yay Olimpiya Oyunlarına yollanıblar (FOTO)
Yelo Bank-dan 10 milyondan artıq mənfəət
Kaspersky fövqəladə halların təhlili üçün nəzərdə tutulan intellektual sistemi sınaqdan keçirir
Qobustanda transformator və elektrik dirəkləri yanıb
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Şənlik təşkil olunan məkanların işçi heyətinin 700 nəfərdən çoxu tələblərə əməl etməyib - Nazirlik
Şəhriyar Məmmədyarov “AccessBank”ın depozit kampaniyasının simasıdır
Rektor Şahin Bayramovun COVİD-19 infeksiyasına qarşı mübarizə ilə əlaqədar müraciəti
"Qaraciyər Transplantasiyası Günləri" adlı elmi tədbir keçirilir (FOTO)
Son 3 ildə sosial ödənişlər 60 faizdən çox artıb
Bu il qeyri-neft sektorunun artım tempi proqnozları üstələyib
Xaçınçay su anbarının ətraf əraziləri minalardan belə təmizlənir - Trend TV (FOTO)
Prokuror azərbaycanlı əsirlərə işgəncə verən ermənilərə 20 il cəza istəyib (ƏLAVƏ OLUNUB)
Bakıda 3 saylı "ASAN Kommunal" mərkəzinin açılışı olub
Azərbaycanın regionda yaratdığı yeni şərtlər geosiyasi və geoiqtisadi baxımdan cəlbedici modeldir - Deputat
Təhsil tələbə kreditlərinin verilməsi qaydası açıqlandı
Sumqayıtda kəsilmiş ağacların yerinə yeniləri əkilib
Tovuzda 44 adda istifadə müddəti bitmiş məhsul satan mağaza aşkarlanıb
Azərbaycan məhsulları “Russia Halal Expo” sərgisində (FOTO)
Müdafiə naziri ABŞ-ın Oklahoma ştatının nümayəndə heyəti ilə görüşüb (FOTO)
Kəlbəcər və Laçında yol infrastrukturunun tikintisinə 10 milyon manat ayrıldı - SƏRƏNCAM
Yevlaxda şadlıq sarayında pandemiyanın tələbləri kobud şəkildə pozulub (FOTO)
Ceyhun Bayramov Pakistan Milli Assambleyasının sədri ilə görüşüb (FOTO)
Unicapital İnvestisiya Şirkətinin yerli və xarici kapital bazarları haqda təhlili
Bu gün bəzi qüvvələr cəmiyyətdə ƏƏSMN-ə qarşı fikir formalaşdırmağa çalışır - Anar Əliyev (VİDEO)
"Neftçi" bu gün "Olimpiakos"la cavab oyunu oynayacaq
I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib
Jurnalistlər Quba və Qusarda yeni nəsil dağ kombaynları və digər innovativ texnologiyalar ilə tanış olub (FOTO)
“TikTok”da narkotik vasitələri təbliğ edən daha 6 nəfər saxlanılıb (FOTO/VİDEO)
AŞPA-dan olan nümayəndə heyəti Ermənistanın hərbi təcavüzü barədə məlumatlandırılıb
“Karabakh.Center” layihəsi əsasında fotosərgi keçirilib (FOTO)
İranda ötən sutka 303 nəfər koronavirusdan ölüb
Ev kirayəsi ilə bağlı vergi dərəcələri aşağı salınmalıdır - Millət vəkili
Casusluqda ittiham olunan ermənilərin hər biri 15 il azadlıqdan məhrum edilib (ƏLAVƏ OLUNUB)
Qısamüddətli notların yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib
Tərtərdə 5 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur (FOTO)
Astarada restoran sahibi barəsində cinayət işi açılıb
Azərbaycan İlahiyyat İnstitutunun “Din araşdırmaları” jurnalının növbəti sayı nəşr olunub
Ombudsman sərhəddə baş verən gərginliklə bağlı bəyanat verib
Qanunsuz ov edən şəxslər cəzalandırılıb
Şimal və qərb rayonlarında leysan olacaq, dolu düşəcək
Gəncədə narkotik satmaqda və saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb (FOTO)
Şəhid ailələri və qazilərin sosial müdafiəsi üçün bütün imkanlar səfərbər edilib - Nazir müavini (FOTO/VİDEO)
Özünüməşğulluq proqramına yeni iqtisadi fəaliyyət sahələri əlavə olunub
Göyçayda toy sahibləri inzibati məsuliyyətə cəlb edilib (FOTO)
Xaricdə aksiyalarda nümayiş etdirilən iriölçülü Azərbaycan bayrağı Cıdır düzündə (FOTO)
Lənkəran Dövlət Universitetinin professoru vəfat edib
Binəqədidə narkotacir və avtomobillərdən oğurluq edən şəxslər ələ keçdi (FOTO/VİDEO)
Şabranda narkotik tərkibli maddələri saxlayan dəstə saxlanılıb
Hazırda yağlanma ilə bağlı hepatitlərə daha çox rast gəlinir - Nuru Bayramov
Qərbi Kaspi Universiteti bakalavr pilləsinə qəbul elan edir (VİDEO)
Şəhidin bank kartından pul oğurlayan şəxs tutulub
Sutka ərzində ölkədə 94 yanğın hadisəsi baş verib
Bu gün ingilis dili və musiqi müəllimi olmaq istəyənlər imtahan verir
Azərbaycan Əfqanıstana yeni səfir təyin edib
Sabirabadda vətəndaşların pozulmuş hüquqlarının bərpası təmin edilib (VİDEO)
Bakı Bəyannaməsi əlaqələrin inkişafına böyük töhfə verəcək - Ceyhun Bayramov
Bakının bu prospektində sürücülərin təhlükəsizliyi üçün ayırıcı bordür inşa edilib (VİDEO)
Güclü külək Bakıda 46 ağaca zərər vurub - AÇIQLAMA
Sumqayıtda qaydaları pozan şadlıq sarayı aşkarlanıb
Ermənistan tərəfi atəşkəs rejiminin tələblərinə əməl etmir - MN
Ağdaş sakinindən "patı" və tramadol götürülüb (FOTO)
Mustafa Şentopla Ceyhun Bayramov görüş keçirib (FOTO) (ƏLAVƏ OLUNUB)
Lənkəranda “COVID-19” pasportu olmayan 378 nəfər toylara buraxılmayıb
GDU-nun məzunu MİQ imtahanında alman dili fənni üzrə ən yüksək bal toplayıb
Türkiyə ilə Azərbaycan arasında Sərbəst Ticarət Sazişi üzərində iş aparılır
Ərazi bütövlüyümüzə qarşı atılacaq hər hansı addımlar qətiyyətlə cavablandırılacaq - XİN
Elmar Qasımov xaricdə təhsillərini davam etdirəcək məzunlarla görüşüb (FOTO)
Şuşa bəyannaməsi Türkiyə ilə Azərbaycan arasında əlaqələri yeni bir zirvəyə çıxaracaq - Mustafa Şentop
Bütün xəbərlər