...

Türkiyə ilə Azərbaycan fəaliyyətini “iki dövlət, bir millət” olaraq qurur - Numan Kurtulmuş (MÜSAHİBƏ) (FOTO/VİDEO)

Siyasət Materials 27 İyul 2021 15:00 (UTC +04:00)
Türkiyə ilə Azərbaycan fəaliyyətini “iki dövlət, bir millət” olaraq qurur - Numan Kurtulmuş (MÜSAHİBƏ) (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda səfərdə olan Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini Numan Kurtulmuş Trend-ə eksklüziv müsahibə verib.

N.Kurtulmuş müsahibəsində iki qardaş ölkə arasında münasibətlərin inkişafı, Şuşa bəyannaməsinin əhəmiyyəti, onun münasibətlərin gələcək inkişafında rolu, Ermənitsanın sərhəddə törətdiyi təxribatlar və digər məsələlərə münasibət bildirib.

AKP rəsmisi qeyd edib ki, Azərbaycana səfər çox səmərəli olub, faydalı görüşlər keçirilib.

O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq hüququnun keçərli olduğu çox mükəmməl münasibətlər var: “Cənab Prezident Rəcəb Tayyib Ərdoğan və cənab Prezident İlham Əliyev arasında olan qardaşlıq münasibətləri ölkələrin siyasətinə də sirayət edir və Heydər Əliyevin dediyi kimi, “iki dövlət, bir millət” olaraq fəaliyyətimizi qururuq. Biz bu əlaqələri daha da irəli aparmalıyıq”.

Müsahibənin tam versiyasına aşağıdakı videoda baxa bilərsiniz:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti