...

Türkiyə və Azərbaycan qardaşlıqlarını əməldə sübut etdilər - Türkiyə PA

Siyasət Materials 14 Avqust 2021 23:45 (UTC +04:00)
Türkiyə və Azərbaycan qardaşlıqlarını əməldə sübut etdilər - Türkiyə PA

Bakı. Trend:

Türkiyə və Azərbaycan qardaşlıqlarını əməldə sübut etdilər.

Bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından (PA) bildiriblər.

PA-dan bildirilib ki, Azərbaycan və Türkiyə ən çətin günlərdə bir-birlərinə dəstək oldular:

"Ölkələrimiz arasındakı əlaqələr hər keçən gün daha da güclənir və bu təkcə xalqlarımız üçün deyil, bütün bölgə üçün faydalıdır. Azərbaycan və Türkiyə bölgədə uğur və tərəqqinin təminatıdır. Ölkələrimizin bütün layihələri bölgənin inkişafına yönəlib. 44 günlük müharibədə bütün dünya Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin şahidi oldu. Münasibətlərimiz daha da inkişaf etməyə davam edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti