...

Taliblər Çinin Əfqanıstandakı səfiri ilə görüş keçirib

Siyasət Materials 25 Avqust 2021 02:26 (UTC +04:00)
Taliblər Çinin Əfqanıstandakı səfiri ilə görüş keçirib

Bakı. Trend:

Taliban nümayəndələri Kabildə Çin səfirinin başçılıq etdiyi diplomatik missiyasının heyəti ilə görüşüblər.

Trend-in "TASS" istinadən verdiyi məlumata görə, bu barədə hərəkatın Qətər siyasi ofisinin nümayəndəsi Məhəmməd Naim "Twitter" səhifəsində bildirib.

"Əfqanıstan İslam Respublikasının siyasi büro başçısının müavini Əbdül Salam Hənəfinin başçılıq etdiyi nümayəndə heyəti Çinin Kabildəki səfiri və işçi heyəti ilə görüşdü", - məlumatda deyilir.

Tərəflərin "təhlükəsizlik məsələləri və Əfqanıstandakı mövcud vəziyyət, həmçinin ikitərəfli əlaqələr və Çin tərəfdən humanitar yardım" mövzusunda müzakirələr apardıqları ifadə edilir.

Həmçinin Beyrutda fəaliyyət göstərən "Al Mayadeen" telekanalına verdiyi müsahibədə Məhəmməd Naim Talibanın Çin və Rusiya ilə yaxşı əlaqələri olduğunu deyib.

Nümayəndə bildirib:"Çin bizim üçün qonşu dövlətdir. Bizim onunla yaxşı münasibətlərimiz var. Eyni şey Rusiyaya da aiddir. Taliban Əfqanıstanın bütün qonşu ölkələri ilə əlaqələri inkişaf etdirməyi hədəfləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti