...

Birinci vitse-prezident Mehriban Əliyeva Yay Paralimpiya Oyunlarında qalib gələn idmançılarımızı təbrik edib (FOTO)

Siyasət Materials 4 Sentyabr 2021 17:13 (UTC +04:00)
Birinci vitse-prezident Mehriban Əliyeva Yay Paralimpiya Oyunlarında qalib gələn idmançılarımızı təbrik edib (FOTO)

Bakı. Trend:

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabında etdiyi paylaşımda “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qalib gələn idmançılarımızı təbrik edib.

Trend-in məlumatına görə, paylaşımda deyilir:

"Azərbaycan “Tokio-2020” Yay Paralimpiya Oyunlarında iştirakını başa çatdırdı! Növbəti qızıl medalları Orxan Aslanov və Paralimpiyada rekordunu təzələmiş Lamiyə Vəliyeva qazandılar! Bütün qalibləri səmimi-qəlbdən təbrik edirəm! İdmançılarımıza təşəkkür edirəm! Siz Azərbaycanı layiqincə təmsil etdiniz! Yüksək bacarıq, qətiyyət, məqsədyönlülük nümayiş etdirərək, siz bütün azarkeşlərinizin ümidlərini doğrultdunuz! Bizim 14 qızıl, 1 gümüş və 4 bürünc medalımız var! Buna görə çox sağ olun! Hər birinizə möhkəm cansağlığı, sevinc, səadət, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti