...

Azərbaycan və Çex Respublikası Qarabağda böyük əməkdaşlıq potensialına malikdir - Ceyhun Bayramov

Siyasət Materials 30 Sentyabr 2021 13:26 (UTC +04:00)
Azərbaycan və Çex Respublikası Qarabağda böyük əməkdaşlıq potensialına malikdir - Ceyhun Bayramov

Bakı. Trend:

Azərbaycan və Çex Respublikası azad edilmiş ərazilərin bərpası sahəsində böyük əməkdaşlıq potensialına malikdir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Çex Respublikasının xarici işlər naziri Yakub Kulhaneki ilə birgə cümə axşamı keçirilən mətbuat konfransı zamanı deyib.

Nazir bildirib ki, bu sahədə ölkəyə Çex şirkətlərinin və investisiyalarının cəlb olunması üzrə danışıqlar aparılacaq:

"Azərbaycanla Çex Respublikası arasında ikitərəfli münasibətlər müzakirə olunub. 2015-ci ildə ölkələrimiz arasında əməkdaşlıq barədə strateji saziş imzalanıb. Ölkələr arasında iqtisadi istiqamətlər üzrə işçi qrupu işini davam etdirir. Azərbaycan Çex Respublikasının enerji ehtiyatlarına tələbatının üçdə bir hissəsini təmin edir. Biz həm də IT və nəqliyyat sahələrində əməkdaşlıq edirik. Bundan başqa, Çex tərəfi Ələt azad iqtisadi zonasında işlərdə iştirak etməkdə maraqlıdır".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti