...

Qanunsuz erməni silahlı dəstələrinin öz aralarında atışma olub - MN

Siyasət Materials 14 Oktyabr 2021 23:36 (UTC +04:00)

Bakı. Trend:

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa çıxıb. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib.

İlkin ehtimala görə atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var.

Bildiririk ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti