...

Bu gün Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiası üzrə dinləmə keçiriləcək

Siyasət Materials 18 Oktyabr 2021 09:31 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistana qarşı qaldırdığı iddiası ilə bağlı dinləmələr keçiriləcək.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dinləmə yerli saatla 12.00-da bu səhifədən canlı yayımlanacaq.

Xatırladaq ki, Azərbaycan “İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması” haqqında Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti