...

Azərbaycan Ermənistana qarşı Haaqa Məhkəməsinə etdiyi müraciət əsasında tədbirlər görməkdə davam edir - Kamran Əliyev

Siyasət Materials 2 Noyabr 2021 17:25 (UTC +04:00)
Azərbaycan Ermənistana qarşı Haaqa Məhkəməsinə etdiyi müraciət əsasında tədbirlər görməkdə davam edir - Kamran Əliyev

Bakı. Samir Əli - Trend:

Baş Prokurorluq Azərbaycan dövlətinin Ermənistana qarşı Haaqa Məhkəməsinə etdiyi müraciət əsasında tədbirlər görməkdə davam edir.

Trend-in məlumatına görə, bunu REAL televiziyasında yayınlanan "Mirşahinin vaxtı" verilişinə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, bununla bağlı Baş Prokurorluqda lazım olan sübutlar toplanıb: "Maddi sübutlar, istintaq materialları həmin proseslər zamanı istifadə olunur və gələcəkdə də istifadə oluna bilər. Ümumiyyətlə, hər bir cinayət üzrə, xüsusilə bəşəriyyət əleyhinə cinayətlərdə hər bir sübut hansısa istintaq zamanı əhəmiyyət kəsb edir. Ona görə də prokurorluq əməkdaşları hər bir cinayət üzrə ciddi araşdırma aparır. Bizim torpaqlarımız işğal altında olanda da Ermənistanın törətdiyi hər bir cinayət üzrə sübutlar toplanırdı".

K.Əliyev əlavə edib ki, azad olunan ərazilərimizin hər birinə prokurorluq əməkdaşları baxış keçirib: "Baxış zamanı dağıdılmış evlər, tarixi abidələr, ekoloji cinayətlər ayrıca sənədləşdirilib, foto və video çəkilişlər aparılıb. Bu sübutlar indiyə qədər Ermənistan tərəfinə, onların hərbi-siyasi rəhbərliyinə, vəzifli şəxslərə qaldırılmış cinayət işlərində, həm də bundan sonrakı mərhələdə qaldırılacaq işlərdə ittihamların əsasını təşkil edəcək. Həm də bu işin tarixi əhəmiyyəti var. Gələcək nəsil bütün bunlar haqqında bilməlidir, məlumatlı olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti