...

“Human Rights Watch”un Azərbaycana qarşı qərəzli mövqeyi davam edir - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Siyasət 17 Yanvar 2022 17:57
“Human Rights Watch”un Azərbaycana qarşı qərəzli mövqeyi davam edir - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Özünü insan hüquqlarının müdafiəçisi kimi qələmə verən “Human Rights Watch” təşkilatının sərgilədiyi mövqe onun hansı məqsədlərə xidmət etdiyini bir daha təsdiqləyir.

İnsan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşan bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları müxtəlif sifarişçi qrupların əmrlərinə uyğun olaraq müəyyən ianələrin qarşılığında bu və ya digər ölkənin ünvanına hədyanlar yazmağa vərdiş ediblər. Belə təşkilatlardan biri də “Human Rights Watch”dur. Azərbaycanın beynəlxalq miqyasda əldə etdiyi uğurlar, ölkəmizin dünyada getdikcə artan nüfuzu, siyasi arenada söz sahibinə çevrilməsi bir çox anti-Azərbaycan dairələrin, erməni lobbisinin yuxusunu ərşə çəkdiyi kimi, “Human Rights Watch” kimi ələbaxan təşkilatları da qıcıqlandırmaqdadır.

Trend-in məlumatına görə, Elnar Məmmədovun təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Human Rights Watch" təşkilatının Azərbaycana qarşı qərəzli mövqeyi davam edir" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları - "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu, Milli Məclisin deputatları Hikmət Babaoğlu və Bəhruz Məhərrəmov mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=Vyq-CCjudWQ

Məqalədə:
Xəbər lenti

Xəbər lenti