...

Komando hərbi hissəsində təlim məşqləri keçirilib (VİDEO)

Siyasət 22 Yanvar 2022 15:10 (UTC +04:00)
Komando hərbi hissəsində təlim məşqləri keçirilib (VİDEO)

Bakı. Trend:

Quru Qoşunlarının döyüş hazırlığı planına əsasən Əməliyyat (Komando) hərbi hissəsində təlim məşqləri keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimin senarisinə uyğun olaraq taktiki yerdəyişmə fəaliyyətləri icra edən komandolar kəşfiyyat məlumatları əsasında şərti düşmənin kəşfiyyat-diversiya qrupunun təxribat törədəcəyi ehtimal edilən ərazi istiqamətində irəliləyiblər.
Komandolar maskalanma tələblərinə əməl etməklə sərt iqlim şəraitində, kəskin relyefli ərazilərdə kəşfiyyat aparma, şərti düşmən sığıcaqlarının aşkar edilməsi, eləcə də kəşfiyyat-diversiya qrupunun mühasirəyə alınaraq zərərsizləşdirilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti