...

Yaponiya Şimali Koreyaya raket buraxılışı ilə bağlı etirazını bildirib

Siyasət Materials 30 Yanvar 2022 08:18 (UTC +04:00)
Yaponiya Şimali Koreyaya raket buraxılışı ilə bağlı etirazını bildirib

Bakı. Trend:

Yaponiya hakimiyyəti növbəti raket buraxılışı ilə əlaqədar Koreya Xalq Demokratik Respublikasına etiraz edib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.

"Ballistik raketlərin buraxılması BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini pozur. Bununla bağlı Şimali Koreyaya etiraz bildirilib", - Matsuno qeyd edib.

Onun sözlərinə görə, mütəxəssislər hələlik təfərrüatları araşdırarkən, lakin adi ballistik trayektoriyanı nəzərə alaraq, raketin maksimal hündürlüyü təxminən 2 min kilometr olub. Mərmi təxminən 800 kilometr məsafə qət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti