...

Moskva və Bakı Azərbaycanda "Sputnik V" vaksinin istehsalının təşkilini müzakirə edir

Siyasət Materials 22 Fevral 2022 15:51 (UTC +04:00)
Moskva və Bakı Azərbaycanda "Sputnik V" vaksinin istehsalının təşkilini müzakirə edir

Bakı. Trend:

Moskva və Bakı koronavirus əleyhinə "Sputnik V" vaksininin Azərbaycanda istehsalının təşkili məsələsini müzakirə edəcək.

Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putinin görüşü ilə bağlı materiallara istinadən bildirir.

"2021-ci ildə Azərbaycan tərəfinin xahişi ilə 220 min doza "Sputnik V" vaksini tədarük edilib. Əlavə 80 min doza vaksinin tədarükü planlaşdırılır. Yeni müraciətlər daxil olmayıb. Azərbaycanda vaksin istehsalının təşkili müzakirə olunur", - sənəddə deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti