...

30 illik işğal dövründə baş verən cinayətlərin nəticələrini bu gün də davam edir - Ceyhun Bayramov

Siyasət Materials 25 Fevral 2022 11:33 (UTC +04:00)
30 illik işğal dövründə baş verən cinayətlərin nəticələrini bu gün də davam edir - Ceyhun Bayramov

Bakı. Humay Ağacanova - Trend:

30 illik işğal dövründə baş verən cinayətlər bu gün də davam edir və biz onların ağrılı nəticələrini bu gün də görürük.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqrımının 30-cu ildönümü ilə bağlı konfransda deyib.

O qeyd edib ki, 44 günlük Vətən müharibəsi, imzalanan üçtərərfli bəyanatlar rergionda yeni fürsətlər yaratdı.

"Bütün keçmişin ağrılarına baxmayaraq, Azərbaycan region dövlətlərinin gələcəyi naminə, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması istiqmətində addımlar atır. Lakin əfsuslar olsun ki, 30 illik işğal dövründə baş verən cinayətlər bu gün də davam edir və biz onların ağrılı nəticələrini bu gün də görürük",- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti