...

Qazaxıstan parlamenti Məclisi deputatı Dariqa Nazarbayevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib

Siyasət Materials 2 Mart 2022 09:04 (UTC +04:00)
Qazaxıstan parlamenti Məclisi deputatı Dariqa Nazarbayevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib

Bakı. Trend:

Qazaxıstan parlamentinin Məclisi (aşağı palatası) plenar iclasda ölkənin eks-prezidentinin qızı Dariqa Nazarbayevanın deputat səlahiyyətlərinə xitam verilməsi haqqında qərarı təsdiqləyib.

Trend Kazinforma agentliyinə istinadən xəbər verir ki, bu gün keçirilən iclasda 101 deputatdan 99-u səsverməyə çıxarılan sənədin lehinə səs verib.

Fevralın 25-də respublikanın Mərkəzi Seçki Komissiyası Nazarbayevanın müraciəti əsasında onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı təklifi Məclisə təqdim etmək qərarına gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti