Türkiyənin xarici işlər naziri: Azərbaycan kimi Ermənistanın da sülh mövqeyini gözləyirik

Siyasət Materials 13 Mart 2022 15:30 (UTC +04:00)

Bakı. Trend:

Müharibədə Zəfər qazanılandan - Azərbaycan işğal altındakı torpaqlarını azad edəndən sonra Azərbaycanla Türkiyə bölgədə sülhə və sabitliyə tərəfdar olduqları ilə bağlı mövqelərini açıq şəkildə ifadə ediblər.

Trend-in məlumatına görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Forumla bağlı keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən söyləyib.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsini xatırladan nazir Mövlud Çavuşoğlu bildirib ki, Azərbaycan münasibətlərin normallaşması üçün sülh əlini uzadıb. “Azərbaycan kimi Ermənistanın da sülh mövqeyi göstərməsini gözləyirik”, - deyə türkiyəli nazir vurğulayıb.

Nazir Mövlud Çavuşoğlu bir daha diqqətə çatdırıb ki, Azərbaycan və Türkiyə bölgədəki proseslər, o cümlədən Ermənistanla münasibətlərin normallaşmasına dair bütün addımları atırlar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti