...

Ermənilər mədəni irsimizə və tariximizə qarşı da terror törədiblər - Deputat

Siyasət Materials 16 Mart 2022 15:15 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənilər təkcə Azərbaycan xalqına deyil, mədəniyyətimizə, mədəni irsimizə və tariximizə qarşı da terror törədiblər. Torpaqlarımızı 30 ilə qədər müddət ərzində işğal altında saxladığı müddətdə, mədəniyyət və tarixi abidələrimizi məhv ediblər.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Zəfəri nəticəsində torpaqlarımız işğaldan azad edildi.

“İşğaldan azad edildikdən sonra həmin ərazilərin monitorinqi ermənilərin mədəniyyətimizə də qarşı necə vəhşiliklər törətdiyini bir daha üzə çıxardı.

Ermənistan tərəfindən 30 il işğal altında qalmış Azərbaycan ərazilərində 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri olub. Ermənilər bütün bu abidələri məhv edib.

Həmçinin işğal altında olmuş Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb.

Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək muzeyi şəhərin bombardmanı zamanı yerlə-yeksan edilib. Bununla kifayətlənməyən erməni vandalları muzeylər və maddi-mədəni sərvətlərimizi talan ediblər. Dünya şöhrətli Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Laçın tarix-diyarşünaslıq muzeyinin 5 mindən çox qiymətli və nadir eksponatı Ermənistana daşınıb və müxtəlif ölkələrdə baha qiymətə satılıb”, - deyə deputat bildirib.

Deputat bildirib ki, təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət bu mədəni vandalizmə indiyə qədər səssiz qalır. “Azərbaycan 30 il ərzində nə qədər çalışsa da UNESCO ermənilərin bu vandalizmini qiymətləndirməkdən, həmin ərazilərdə monitorinq aparmaqdan imtina edib. Lakin Azərbaycan torpaqlarını işğaldan azad etdikdə sonra beynəlxalq təşkilatlar fəallaşmağa başlayıb, ermənilərin hansısa saxta iddiaları əsasında aktivlik nümayiş etdirirlər. Bu, beynəlxalq təşkilatlar tərəfindən sərgilənin ikili standartların bariz nümunəsidir.

Lakin Azərbaycan dövləti öz mədəniyyətinə, mədəni irsinə də sahib çıxmağı bacarır və dağıdılan mədəni irsimizin bərpa edilməsi istiqamətində lazımı işlər görülür. İşğaldan azad edilən ərazilərimizdə aparılan geniş bərpa və quruculuq işləri mədəni irsimisi, mədəni və tarixi dini abidələrimizi də əhatə edir”, - deyə A.Həsənova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti