...

Ermənistan rəhbərliyi satqınlıq və riyakarlıq siyasətini davam etdirir - Ceyhun Məmmədov

Siyasət Materials 25 Mart 2022 22:23 (UTC +04:00)
Ermənistan rəhbərliyi satqınlıq və riyakarlıq siyasətini davam etdirir - Ceyhun Məmmədov

Bakı. Trend:

Ermənistanın daim ikili oyun oynadığını qərbdə də, Rusiyada da yaxşı bilirlər. Bu bir daha Ermənistan siyasi rəhbərliyinin yalançı, saxtakar və ikiüzlü olduğunu göstərir. Qərb dövlətləri eləcə də, Rusiya Ermənistana münasibətdə bu amilləri nəzərə almalıdırlar.

Bunu Trend-ə açıqlamasına Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat qeyd edib ki, Ermənistan xarici işlər naziri Ararat Mirzəyan və Gürcüstan xarici işlər naziri David Zakaliani arasında telefon danışığı baş tutub. Söhbət zamanı bir sıra məsələlər ətrafında geniş müzakirələr aparılıb.

"Ötən ilin dekabrında Şərq Tərəfdaşlığı sammitində Azərbaycan, Ermənistan və Gürcüstan rəhbərləri NATO-ya dəvət olunmuşdular. Prezident Əliyev dəvəti qəbul etdi. NATO Baş katibi Stoltenberq ilə görüşdü. NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxış etdi. İclas 2 saatdan artıq çəkdi. NATO-nun 30 üzv dövlətinin 20-dən artıq daimi nümayəndəsi, yəni NATO yanında səfirləri çıxış edərək Azərbaycanın rolunu və yürütdüyü siyasətini, Əfqanıstan əməliyyatında iştirakını yüksək qiymətləndirdilər. Azərbaycan barədə xoş fikirlər söylədilər.

"Eyni zamanda, həmin dövrdə Gürcüstan rəhbərliyi də NATO-ya səfər etdi və müvafiq görüşlər keçirdi. Rusiyanın qorxusundan vassal və müstəmləkə dövlətin rəhbəri olan Paşinyan NATO-ya səfər etməkdən boyun qaçırdı. Müxtəlif bəhanələrlə səfər və görüşdən imtina etdi.

İndi Rusiyanın Ukraynada üzləşdiyi çətinlikləri və hərbi qələbə əldə edə bilməməsini görərək Paşinyan və onun ikiüzlü komandası NATO-ya və qərb ölkələrinə meyl edir. Bu vasitə ilə Gürcüstana yaxınlaşmağa və ya Gürcüstanla yaxınlaşma fonu yaratmağa çalışır", - C.Məmmədov vurğulayıb.

O əlavə edib ki, həmin vaxtda Paşinyan NATO-nun toplantısında iştiraka yox deyəndə Rusiya güclü idi. İndi isə Rusiyanın zəiflədiyini görən Paşinyan batmaqda olan gəmini tez tərk edən siçovullara bənzəyir. Budur Paşinyanın saxtakar komandasının həqiqi mahiyyəti.

"Heç şübhəsiz ki, Ermənistanın daim ikili oyun oynadığını qərbdə də, Rusiyada da yaxşı bilirlər. Bu bir daha Ermənistan siyasi rəhbərliyinin yalançı, saxtakar və ikiüzlü olduğunu göstərir. Qərb dövlətləri eləcə də, Rusiya Ermənistana münasibətdə bu amilləri nəzərə almalıdırlar", - deputat bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti