...

BMT ANAMA-ya dəstək üçün xarici mütəxəssislər cəlb etmək niyyətindədir - Suxrob Xocimatov

Siyasət Materials 12 Aprel 2022 11:58 (UTC +04:00)
BMT ANAMA-ya dəstək üçün xarici mütəxəssislər cəlb etmək niyyətindədir - Suxrob Xocimatov
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

BMT İnkişaf Proqramı Azərbaycan Minatəmizləmə Agentliyinə (ANAMA) öncül təcrübənin əldə olunmasında dəstək göstərir.

Trend-in məlumatına görə, bunu BMT İnkişaf Proqramının Azərbaycandakı məsul əməkdaşı Suxrob Xocimatov deyib.

"Biz bu layihənin inkişafı üçün Türkiyə, Kamboca və digər ölkələrdən mütəxəssislər cəlb etmək niyyətindəyik", - deyə o bildirib.

S.Xocimatov qeyd edib ki, BMT İnkişaf Proqramı Azərbaycan Minatəmizləmə Agentliyinin çoxillik tərəfdaşıdır.

"BMT İnkişaf Proqramının əsas məqsədi Azərbaycan Minatəmizləmə Agentliyinə minaların təmizlənməsi üzrə yeni standartların inkişafı üzrə dəstək göstərməkdir. Biz bir müddət əvvəl agentliklə birgə işimiz üzrə yekun müddəalar hazırlamışıq. Bu prosesdə 37 ölkədən 150 nəfər iştirak edib", - S.Xocimatov deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti