...

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib (FOTO)

Siyasət Materials 14 May 2022 14:54 (UTC +04:00)
Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib (FOTO)

Bakı. Trend:

Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərə gəlib.

Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Rize-Artvin Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıladı.

Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti