...

Prezident İlham Əliyev: Bu gün gözəl Zəngilan torpağında həyat qururuq

Siyasət Materials 27 May 2022 15:45 (UTC +04:00)
Prezident İlham Əliyev: Bu gün gözəl Zəngilan torpağında həyat qururuq

Bakı. Trend:

Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü, həm ədaləti, həm milli ləyaqətimizi bərpa etdik. Bu gün, bax, bu gözəl Zəngilan torpağında həyat qururuq.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən söyləyib.

Zəngilana, başqa yerlərə, Şuşaya həyatın qayıtdığını vurğulayan dövlətimiz başçısı deyib: “İndi yol boyunca gələn hər bir adam dəmir yolunu görür, avtomobil yolunu görür. Özü də altı və dörd zolaqlı avtomobil yolu. Zəngilanda hava limanı tikilir, bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti