Bakı. Trend:
Avropa İttifaqı (Aİ) və BMT İnkişaf Proqramı azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesində Azərbaycana texniki kömək göstərəcək.
Trend-in məlumatına görə, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin sədr müavini Samir Poladov Aİ ilə BMT İnkişaf Proqramının azad edilmiş ərazilərdə minaların təmizlənməsi prosesinə yardıma yönəlmiş birgə layihənin təqdimatı zamanı deyib.
"Bu layihə minaların təmizlənməsi prosesinin dəstəklənməsi məqsədilə vacib texniki köməyin göstərilməsinə yönəlib", - deyə o bildirib.
Onun sözlərinə görə, 2020-ci ilin noyabrından minaların partlaması nəticəsində 39 nəfər həlak olub, 184 nəfər yaralanıb. Mina insidentlərinin ümumi sayı 223-ə çatıb.
"Minaların təmizlənməsi prosesi əvvəlcə yaşayış vasitələrinin təmin olunması üçün vacib olan infrastruktur obyektlərinə köklənmişdi. Bu prosesin əvvəlindən 32 min hektar torpaq təmizlənib, 60 min mina və döyüş sursatı aşkar edilib", - V.Süleymanov deyib.
(Tərcümə: Orxan Nəbiyev)