...

Ermənistanla münasibətlərin normallaşması prosesində Azərbaycanla əməkdaşlıq çərçivəsində hərəkət edirik - Əfqan Ala

Siyasət Materials 16 İyun 2022 13:35 (UTC +04:00)
Ermənistanla münasibətlərin normallaşması prosesində Azərbaycanla əməkdaşlıq çərçivəsində hərəkət edirik - Əfqan Ala
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanla münasibətlərin normallaşması prosesində Azərbaycanla əməkdaşlıq çərçivəsində hərəkət edirik.

Trend-in məlumatına görə, bunu AK Parti sədrinin xarici əlaqələr üzrə müavini Əfqan Ala deyib.

AK Parti sədrinin müavini qeyd edib ki, Ermənistanla münasibətlərin daha da irəliləməsi üçün görüşlər davam edir: “Artıq xüsusi nümayəndələrin görüşləri keçirilib. Münasibətlərin yaxşılaşacağını gözləyirik. Ümid edirəm ki, onlar da eyni anlayış içərisində görüşləri davam etdirərlər. Sadəcə iki ölkənin deyil, bütün region dövlətləri üçün faydalı olacaq nəticələr əldə ediləcək. Çünki hər kəs bilir ki, Azərbaycanın yox deyəcəyi işə biz də əvvəldən yox demişik. Bunun başqa variantı yoxdur. Ona görə də əlaqələrin inkişaf etməsinin bölgənin xeyrinə olduğunu düşünürük. Azərbaycanla münasibətlərimiz çox yaxşıdır. Hər kəsin bu qardaşlıqdan dərs çıxarması tövsiyə olunur. Biz heç kimin zərər çəkəcəyi siyasət yürütmürük. İnanıram ki, Ermənistan da bu işə töhfə verər”, - AK Parti rəsmisi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti