...

Boris Conson Azərbaycanın azad olunmuş ərazilərindəki mina problemindən danışdı

Siyasət Materials 16 İyun 2022 15:35 (UTC +04:00)
Boris Conson Azərbaycanın azad olunmuş ərazilərindəki mina problemindən danışdı

Bakı. Trend:

Münaqişə sonrası çirklənmə maneə olaraq qalır. Mina və digər silahlar bu bölgəni çirkləndirib.

Trend xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Conson iyunun 16-da Prezident İlham Əliyevə ünvanladığı məktubda bildirib.

"2020-ci ildə işğaldan azad etdiyiniz qərb regionlarınızın bərpası sözsüz ki, xalqınız üçün ən önəmli hədəfdir. Bu regionların mədəniyyət, ekoloji texnologiyalar və innovasiyalar üçün yeni mərkəzə çevrilməsi fürsətləri var. Lakin münaqişə sonrası çirklənmə maneə olaraq qalır. Mina və digər silahlar bu bölgəni çirkləndirib. Mən şadam ki, britaniyalı minatəmizləmə mütəxəssisləri və şirkətləri azərbaycanlı həmkarları ilə bərabər bu təhlükəni aradan qaldırmaq üçün birgə çalışırlar. Bu, barışıq və həmin torpaqların uğurla məskunlaşdırılması istiqamətində böyük addım olardı və Azərbaycanın yeni minalar basdırmamaq öhdəliyi götürməsi və piyada əleyhinə minaların qadağan edilməsi müqaviləsini imzalamasında regional liderliyini göstərərdi", - deyə məktubda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti