...

Qarabağda insanlar üçün yaradılan imkanlar heyranlıq doğurur - Kaliforniyalı səyahətçi

Siyasət Materials 18 İyun 2022 10:53 (UTC +04:00)
Qarabağda insanlar üçün yaradılan imkanlar heyranlıq doğurur - Kaliforniyalı səyahətçi
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Zəngilan. Trend:

Qarabağda insanlar üçün yaradılan imkanlar heyranlıq doğurur.

Bunu Trend-ə ABŞ-nin Kaliforniya ştatından olan səyahətçi Rendi Lyuis bir qrup beynəlxalq səyahətçinin Qarabağa səfəri zamanı deyib.

"Şuşa şəhərini görmək həqiqətən də çox heyranedici idi. Şəhərdəki dağıntılar sarsıdıcıdır. Amma mənim gözümə ilk dəyən oradakı tikinti işlərinin həcmidir. Biz insanlar üçün gələcək imkanları gördük", - deyə o bildirib.

Onun sözlərinə görə, "ağıllı kənd" konsepsiyası da onun marağına səbəb olub.

"Bu, məcburi köçkünlər üçün imkanlar baxımından məni ən çox məmnun edən məqam oldu", - səyahətçi deyib.

R.Lyuis əlavə edib ki, o, Azərbaycana ilk dəfədir səfər edir və Qarabağa səyahət onun üçün gözəl təcrübədir.

Qeyd edək ki, bir qrup beynəlxalq səyahətçi erməni işğalından azad edilmiş Zəngilanın Ağalı “ağıllı kəndi”ndə olub. 10 ölkədən 24 səyahətçi və blogerdən ibarət qrup Ağalı kəndində “ağıllı həllər”lə tanış olublar.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti