...

Şavkat Mirziyoyev: İşğaldan azad olunan torpaqlar bizim gözlərimiz qarşısında yenidən çiçəklənən diyara çevrilir

Siyasət Materials 21 İyun 2022 20:34 (UTC +04:00)
Şavkat Mirziyoyev: İşğaldan azad olunan torpaqlar bizim gözlərimiz qarşısında yenidən çiçəklənən diyara çevrilir

Bakı. Trend:

İşğaldan azad olunan torpaqlar bizim gözlərimiz qarşısında yenidən çiçəklənən diyara çevrilir.

Trend xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşü zamanı deyib.

Özbəkistan Prezidenti bildirib:

"Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır. Ölkələrimizi ortaq din, mənəvi dəyərlər, oxşar ənənələr, dil və mədəniyyət birləşdirir ki, bu barədə bu gün biz məhdud tərkibdə keçirilən görüşdə çox ətraflı danışdıq. Biz Azərbaycanın sanballı uğurlarına Özbəkistanda həmişə ürəkdən sevinirik. Bu gün Sizin əldə etdiyiniz nailiyyətlər bütün dünyada tanınır. Mənim qardaşım, hörmətli İlham Heydər oğlu dahi atası Heydər Əliyevin işini davam etdirdi və Azərbaycan xalqının əzəli torpaqlarını geri qaytarmaqla tarixi ədaləti bərpa etdi. Bu gün Sizin rəhbərliyinizlə böyük quruculuq işləri aparılır. Bu torpaqlar bizim gözlərimiz qarşısında yenidən çiçəklənən diyara çevrilir. Biz bu nəcib işə öz töhfəmizi verməyə şad olarıq, bu barədə də məhdud tərkibdə keçirilən görüşdə danışdıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti