...

Baş prokuror Belarusda işgüzar səfərdədir (FOTO)

Siyasət Materials 23 İyun 2022 18:27 (UTC +04:00)
Baş prokuror Belarusda işgüzar səfərdədir (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti MDB dövlətləri Baş prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak etmək məqsədi ilə Minsk şəhərinə səfərə gedib.

Baş Prokurorluqdan Trend-ə bildirilib ki, səfərin ilk günü ölkəmizin Belarusdakı səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edildi.

Daha sonra Belarus Baş Prokurorluğu ilə ikitərəfli görüş keçirildi.

Belarus həmkarı Aleksandr Şvedə qonaqpərvərliyə görə təşəkkürünü bildirən Baş prokuror Kamran Əliyev ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin dövlət başçılarının birgə səyləri və siyasi iradələri sayəsində bir çox istiqamətlərdə uğurla inkişaf etdiyini bildirib.
Dövlətlərimiz və xalqlarımız arasında zəngin tarixə malik və ildən-ilə daha da dərinləşən münasibətlər, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsindən qaynaqlanan və rəhbərliyi ilə ardıcıl olaraq bütün istiqamətlərdə olduğu kimi, hüquqi sahədə də reallaşdırılan islahatlar, o cümlədən səmərəli dövlət idarəetməsi, əhalinin həyat səviyyəsinin və sosial rifahının yüksəldilməsi ilə bağlı tədbirlər və əldə olunmuş nailiyyətləri haqqında ətraflı məlumat verilib.
Belarusun Azərbaycan ilə hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verdiyini deyən Aleksandr Şved iki ölkənin prokurorluq orqanları arasında münasibətlərin dərinləşməsi üçün böyük perspektivlərin olduğunu bildirib, qarşılıqlı səmərəli əlaqələrin daha da genişlənməsində ümumi marağın mövcudluğunu vurğulayıb.
Görüşdə ölkəmizin Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev iştirak edib.

Həmçinin, Baş prokuror Kamran Əliyev qazaxıstanlı həmkarı Berik Asılovla görüş keçirərək, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edib, gələcək əməkdaşlığın fəaliyyət istiqamətləri ətrafında, o cümlədən ötən ilin noyabr ayında Bakıda təsis edilmiş Türk Dövlətlərinin Baş Prokurorlar Şurası platforması çərçivəsində və prokurorluqlarımız arasında imzalanmış bir sıra sənədlərin icrası mexanizmləri ilə bağlı fikir mübadiləsi apardı.

Nümayəndə heyətinin Belarusa səfəri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti