Bakı. Trend:
Prezident İlham Əliyev “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.
Sənədə əsasən, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilir:
- 5.3-cü maddədən “və ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hal istisna olmaqla) sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” sözləri çıxarılsın;
1.2. 7-ci maddə üzrə:
7.0-cı maddənin birinci abzasında ”Müavinətlər” sözü “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər” sözləri ilə əvəz edilsin;
- 7.0.4-cü maddədə “edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda” sözləri “edildikdə” sözü ilə əvəz edilsin;
- 7.0.5.1-ci maddədən “(“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hal istisna olmaqla)” sözləri çıxarılsın.
- “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0-cı, 7.0.4-cü və 7.0.5.1-ci maddələri sosial müavinətlərin bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.